Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
Türkiyədə son 24 saat ərzində daha 4 min 801 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.
Ovqat.com-un məlumatına görə, bu, ABŞ-dan sonra qeydə alınmış ən çox yoluxma halıdır (Fransa yoluxanları açıqlamadığı üçün gün ərzində sıralama dəyişə bilər).
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik statistikasında 20 minə yaxın yoluxma faktı ilə ABŞ birinci, 4 min 617 yoluxma faktı ilə isə İngiltərə 3-cü sırada yerə yüksəlib.
Koronavirusdan ölüm sayına görə də ABŞ liderdir. Bu gün indiyədək ABŞ-da 1315, İngiltərədə isə 861 nəfər koronavirus qurbanı qeydə alınıb. 3-cü yeri 753 ölümlə Fransa tutub. Onu 525 ölümlə İtaliya izləyir.
Qeyd edək ki, İtaliyada artıq neçə həftədir koronavirusdan təsminən eyni sayda insan itkisi yaşanır. Onunla qonşu olan İspaniyada isə ciddi səngimə müşahidə olunur. Gün ərzində İspaniyada 318 nəfər koronavirusdan dünyasını dəyişib. Gün ərzində aşkarlanan yoluxma sıralamasında da İtaliya İspaniyanı üstələyir: İspaniya - 2157, İtaliya – 378.
Bu gün koronavirusdan 63 nəfərin öldüyü Almaniyada aparılan bir tədqiqat isə indiyə qədərki çox əzbərləri poza bilər. Bildirildiyinə görə, Almaniyada koronovirusdan öldüyü düşünülən xeyli cəsəd yarılıb, onlardan 50-nin ölümünə tamamilə başqa xəstəliklərin yol açdığı təsbit olunub. Bu isə koronavirusun əslində adının bədnam olması ehtimalını doğurur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər