Xəbər lenti

 
Böyük Britaniyada koronavirusdan (COVİD-19) səbəbindən ölən qocalar evi sakinlərinin sayının 7500-ə çatdığı ehtimal olunur.
 
 Ovqat.com xəbər verir ki, bu iddianı ölkənin “Telegraph” qəzeti irəli sürüb.
 
Qəzetin yazdığına görə, İngiltərənin ən böyük qocalar evinə xidmət edən “Care England” tərəfindən toplanan məlumatlar bu evlərdə COVİD-19-dan ölənlərin sayının əvvəl zənn edildiyindəm qat-qat çox olduğunu göstərir.
 
Şirkətin rəhbəri Martin Qrin qəzetə açıqlamasında deyib: Yoxlamadan dəqiq rəqəm vermək çox çətindir. Ancaq 1 aprel tarixindəki ölüm nisbətlərini əvvəlki illərlə qarşılaşdıranda COVİD-19-dan təxminən 7500 qocalar evi sakininin öldüyünü təxmin edirik".
İngiltərə İctimai Səhiyyə Agentliyinin məlumatları da bu ehtimalı gücləndirir. Məlumata əsasən, COVİD-19 səbəbiylə ölən insanların 69 faizinin 70 yaşdan yuxarıdır. Mütəxəssislər bu faktı qocalar evi sakinlərinin üzləşdikləri riskin aşkarlanması baxımından olduqca mühüm amil kimi qiymətləndirirlər.
 
İngiltərədə bu günə qədər koronavirusdan təxminən 15 min 500 adam dünyasını dəyişib, ancaq bu məlumatlar xəstəxanadakı ölümləri əhatə edir. Real rəqəmlər isə qat-qat yüksəkdir. 
 


Qeyd edək ki, İngiltərə ilk gündən koronavirusa qarşı ciddi önləmlər almağa əhəmiyyət verməmiş, tibbi ləvazimat və maddi çatışmazlıq səbəbiylə Kollektiv immunitet strategiyasına üstünlük vermişdi. Bu strategiyaya görə, karantin tədbirlərinin koronavirusa heç bir xeyri yoxdur. Çünki karantin bitdikdən sonra epidemiyanın yenidən yayılma ehtimalı yüksəkdir. Belə vəziyyətdə ən optimal çıxış yolu əhalinin virusa qarşı immunitetini formalaşdırmaqdır. Kollektiv immunitet üçün isə əhalinin ən azı 60%-i virusa yoluxmalıdır.
 
Rəsmi London sonradan bəzi məhdudlaşdırıcı tədbirlər həyata keçirsə də, əvvəldən mənimsədiyi strategiyanı tam tərk etmədi, sadəcə risk qrupuna aid olan insanları izoliyasiyasına üstünlük verdi. 
 
İngiltərənin bir sıra sakinləri isə koronavirusa yoluxan qocalara lazımi tibbi yardım göstərilmədiyi qənaətindədirlər. Koronavirus infeksiyasının geniş yayıldığı dövrdə qohumlarını itirənlər məhrumların müayinə edilmədiyini, xəstələr üçün təcili yardım maşınlarının göndərilmədiyini, hətta həkimlərin çağırışlara gəlməkdən açıq-aşkar boyun qaçırdıqlarını bildirirlər.
 
Səhiyyə naziri Matt Hankok isə bu iddialarla razılaşmayıb, ötən cümə axşamı mətbuata verdiyi açıqlamasında qocalar evlərinin yalnız 15%-nin virusa yoluxduğunu bildirib.
 
Ölkənin dörd ən böyük qocalar evi müəssisələrindən olan "Four Seasons"-un səhiyyə işçisi Ceremi Riçardson nazirin iddialarına qatılmır. O, "Sky News" kanalına verdiyi açıqlamada həqiqi nisbətin 60-70 faiz ola biləcəyini  deyib. 
 
Məlumata görə, Böyük Britaniyada 21 min 723 qocalar evi var və həmin evlərdə təxminən 400.000 insan məskunlaşıb.


Ana səhifəyə qayıt        Baxış: 2 508          Tarix: 18-04-2020, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma