Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Xatırlayırsınızsa, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp şok açıqlama verərək ölkəsində 2.4 milyon insanın koronavirusa qurban gedə biləcəyini bildirərək, hər kəsi vahiməyə salmışdı. ABŞ-ın 2020-ci il statistikasına nəzər salanda ölkədə 330 milyon əhalinin yaşadığını görə bilərik. Trampın sözlərinə inansaq, belə çıxır ki, ölkənin hardasa 0.7%-i koronavirusa qurban gedəcək.
Bəzi mütəxəssislər isə Trampın əsl proqnozu xeyli kiçildərək xalqa çatdırdığına inanırlar. Onların fikrincə, koronavirus hava-damcı yoluyla yayıldığından dünyadakı bütün insanlar ona yoluxacaqlar. Koronavirusun ölüdürücülük gücü isə ən azı 2%-dır. Amerikada 330 milyon insan yaşadığını nəzərə alsaq, bunun 2%-i 6.4 milyon edir. Bu hesabla Trampın əsl rəqəmi qat-qat - hardasa 4 milyon aşağı göstərdiyi təxmin edilir.
Ovqat.com-un məlumatına görə, Azərbaycanın tanınmış həkimi Vasif İsmayılın da hesabları bu ehtimalı qüvvətləndirir.
Həkimin fikrincə, Azərbaycanda 3-4 ay ərzində 90 min insanın koronavirusdan öləcəyi gözlənilir. Proqnoz isə sadə bir hesaba əsaslanır:
“İndiki koronavirus əslindən o qədər də öldürücü deyil. Yoluxduğu insanların yüzündən ancaq 3-nü öldürür.
Bu virus hava-damcı yolu ilə yayıldığı üçün HAMI YOLUXACAQ.
Sadə hesab.
Bakıda 3 milyon adam var. Biz indi karantin tədbirləri almasaq, bu virusun təbii seyrinə görə 2-4 ay arasında Bakıda 90 000 adam itirəcəyik.
Doxsan min.
Doğrudur, hər şey bu qədər sadə deyil. Virus yoluxmasında başqa məhdudlaşdırıcı faktorlar da var. Hətta onları belə nəzərə alanda rəqəm ən az 18 000 çıxır.
Bakı şəhərində 2-4 ay arasında 18 000 adamın ölməsinə hazırsınızmı?”
Vasif İsmayıl məhdudlaşdırıcı faktorlar deyəndə maska, dezinfektan maddələrin istifadəsi, şəhərin səhiyyə siisteminin həcmi və hazırlılıq dərəcəsi və s. kimi amilləri nəzərdə tutur.
Maraqlıdır ki, İranın ən məşhur araşdırma mərkəzləri də eyni məntiqlə hərəkət edərək bənzər proqnozlar irəli sürürlər.
Rəsmi statistikaya görə, İranda koronavirusa tutulanların sayı 600 000 nəfərdir.
İran İslam Şurası Məclisinin Araşdırma Mərkəzi isə ayrı fikirdədir. Mərkəzin təhlil-proqnozuna əsasən, ölkədə koronavirusla bağlı statistika düzgün tərtib olunmur və həqiqi say göstərilən statistik nəticələrdən 8-10 dəfə çoxdur.
İran Səhiyyə Nazirliyinin “epidemioloji işçi qrupunun” modelləşdirməsi əsasında hazırlanan proqnozlara görə, dövlətin heç bir müdaxiləsi olmasa, ölkədə 60 milyon insan virusa yoluxacaq. Bu durumda koronavirus 400 günədək ölkədə qalacaq. Noyabra qədər ən yüksək həddə çatacaq.
Onu da qeyd edək ki, İranda hazırda 83 milyon insan yaşayır. 60 milyon bu rəqəmin 72.3 fazi deməkdir.
Mütəxəssislər hava-damcı yoluyla yayılan pandemiyalarda əhalinin ən azı 60%-nin xəstəliyə yoluxduğu zaman kollektiv immunitetin yarandığını düşünürlər. Təcrübələr göstərir ki, yalnız bu zaman infeksiyanın yayılma dirənci qırılır və əhalinin digər qisminin yoluxmasının qarşısı alınır. Bu təsbitləri göz önündə bulunduranda İran rəsmi araşdırma qruplarının niyə 60 milyon yoluxmadan bəhs etməsinin səbəbini anlaya bilərik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar