Xəbər lenti

 
Koronavirusa qələbə çaldığını elan edən Çindən yeni qara xəbər gəlməyə başlayıb.
Ovqat.com-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, son 24 saat ərzində bu ölkədə koronavirusdan 1290 nəfər ölüb, 351 yeni yoluxma faktı aşkarlanıb.
Ölkədə hazırda 116 koronavirus xəstəsi var, bunun 89-nun isə vəziyyəti ağırdır.
Qeyd edək ki, Çin koronavirusa qələbəsini elan etdikdən sonra dünyanın nüfuzlu tibb ekspertləri sevinmək üçün tez olduğunu, ölkədə ikinci dalğanın başlana biləcəyini bildirmişdilər. Çindən gələn bugünkü ölüm xəbərləri ilk baxışdan bu iddianı dəstəkləsə də, dünənki statistikaya nəzər salanda mənzərə bir qədər dəyişilir. Belə ki, dünən Çində aktiv virus daşıyıcılarının sayının, yəni hələ sağalmayan xəstələrin 1107 olduğu bildirilirdi. Bu gün isə həmin say 116-ya düşüb. Son 24 saat ərzində koronavirusa yoluxanları da buna əlavə etsək, 1458 rəqəmi alınır. Bugünkü aktiv virus daşıyıcısının 116-ı olduğunu nəzərə alsaq və bunu ümumi xəstə sayından (1458-dən) çıxsaq, 1342 edər. Bu da gün ərzində həyatını itirənlərdən sadəcə 52 nəfər çoxdur. Belə çıxır ki, həmin 52 nəfər də sağalıb. 
Çinin verdiyi bu məlumatlar səhihdirsə, bir-iki gün ərzində ölkənin tamamilə koronavirusdan xilas olacağı ehtimalı doğur.


Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 17-04-2020, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma