Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfranslarından birində vətəndaşlara məsləhət görüb ki, dezinfeksiyaedici maddələr için, bəlkə bu yolla koronavirusdan qurtula biləsiniz. Ölkə həkimləri isə bu açıqlamaya etiraz edib ona danışmaq qadağası qoyublar.
Trampın bu “ağıllı” məsləhətinə öz vətəndaşları rişxənd edib gülsələr də, İranlı əhli deyəsən ciddi qəbul edib dediklərini təcrübədən keçirilib. Nəticədə 4 mindən çox iranlının saxta içkidən zəhərləndiyi xəbər verilir. İran Səhiyyə Nazirliyinin məlumatına görə, bu zəhərlənmədən 800-ə yaxın adam ölüb, 100-ə qədəri isə kor olub. Qısası, bu “fədakar” təcrübədən anlaşılıb ki, Tramp həqiqətən də millətlə pis zarafat edibmiş və içkinin koronavirusa xeyri yoxmuş.
İnsanoğlunun bir başqa zərərli vərdişi də var – siqaret çəkmək. Bəs siqaret tüstüsü necə, koronavirus deyilən zəhrimarı da bizim kimi boğub öldürə bilərmi?
İnanmayacaqsınız, Fransanın tibb mütəxəssisləri bu suala “hə” cavabı veriblər. Bildirildiyinə görə, bu ölkədə aparılan bir araşdırma nikotinin COVID-19-a yoluxmanın qarşısını aldığını və siqaret çəkənlərin daha yaxşı qorunduğunu göstərir. Ancaq bu hipotezlə razılaşmayan tədqiqatçılar da var
Ovqat.com xəbər verir ki, Çin bir tibb jurnalında yayımlanan araşdırma siqaret çəkənlərin COVID-19 prosesini çətin və uzun müddət ərzində keçirdiyini, ölüm riskinin artdığını göstərir.
Fransanın Pasteur Jean-Pierre Changeaux İnstitutunun neyrobiologları isə öz fikirlərində qalırlar. Onlar COVID-19 infeksiyalarının qarşısının nikotin lentləri ilə alınacağını düşünürlər. Əllərində kifayət qədər əsasları da var.
Belə ki, “Qeios” elm portalında dərc olunan araşdırmanın müəllifləri müayinə etdikləri koronavirus xəstələri arasında siqaret çəkənlərin nisbətinin çox aşağı olduğunu müəyyənləşdirklərini bildiriblər. İddialarına görə, 500 COVID-19 xəstəsi üzərində apardıqları araşdırmada 150 nəfərin yoluxma simptomlarını yüngül keçirdiyini, qalan 350 nəfərin isə xəstəxanaya yerləşdirildiyini təsbit ediblər. Tədqiqatı aparan daxili xəstəliklər üzrə tibb mütəxəssisi Zahir Amoura Fransa Xəbər Agentliyinə (AFP) açıqlamasında təsadüfən seçilən xəstələrin yalnız 5 faizinin siqaret çəkdiyini müəyyənləşdirdiklərini deyib. Onun sözlərinə görə, cəmiyyətdəki siqaret çəkənlərin ümumi nisbətinə nəzər salanda COVID-19 xəstələrindəki bu nisbətin 80 faiz az olduğu görülür. Üstəlik, bu fərq yaş və cins təsnifatında da eyni qalır.
Bənzər nəticə daha əvvəl Cüzeppe Lippi və komandasının İtaliyada keçirdiyi başqa bir araşdırmada ortaya çıxmışdı. Avropada daxili xəstəliklərlə bağlı jurnalda dərc edilən bu araşdırmanın nəticələri siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə daha çox bu virusa yoluxduğu irəli sürülürdü.
Qorumanı təmin edən maddə nikotindirmi?
Fransadakı araşdırmalara görə, böyük ehtimalla, bəli – Nikotin insanları COVID-19-dan qoruyur. “College de France”-nin müəllimi olan Changeux bu hipotezi belə şərh edir: "Nikotin COVID-19-un yoluxdurğu hüceyrə reseptorlarına [ACE2] yapışaraq virusun orada yerləşməsinin qarşısını alır".
Bəs bu versiya nə dərəcədə doğrudur?
Alimlər arasında ACE2 reseptorlarının bloklama funksiyası ilə bağlı yekun və ortaq qənaətləri yoxdur.
Məsələn, ABŞ mütəxəssisləri olan Ceyms L. Olds və Nadine Kabbani bu mövzuda tamamilə fərqli fikirlər irəli sürürlər. Onların “Journal of FEBS” jurnalının 18 mart buraxılışında dərc olunan məqalələrində nikotinin hüceyrə reseptorlarına mənfi təsir göstərə biləcəyi iddia olunur.
Göründüyü kimi, siqaretin koronavirus dərmanı olduğu barədə mülahizələrlə bağlı iki yanaşma var. Onlardan hansının daha doğru olduğunu gələcəkdə aparılan araşdırmalar müəyyənləşdirəcək.
Hələlik isə tütündən istifadənin COVID-19 yoluxmaları üçün risk yaratdığı qənaəti daha hakimdir. Məlumdur ki, COVID-19 əvvəllər zədələnmiş ağciyərlərə daha çox təsir edə bilər. Bu səbəbdən mütəxəssislər siqareti mümkün qədər tez tərkitməyi məsləhət bilirlər.
Üstəlik, siqaret insan orqanizmində koronavirusdan daha təhlükəli xəstəliklər də yarada bilər. Bunlardan biri də xərçəngdir. Dolayısıyla koronavirusla mübarizə məsələsində bir az ehtiyatlı olun; yağışdan qaçarkən yağmura tutula bilərsiniz.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar