Xəbər lenti

 
Məcid Araz
 
Bu gün İran adı ilə tanınan dövlət 1925-ci ilədək Türk (müəllif millət adlarını xüsusi isim kimi götürərək böyük yazdığından biz də redaktə zamanı onun bu tərcihinə hörmətlə yanaşdıqOvqat.com) dövləti olmuşdur. 1925-ci ildə Qacar Türk Dövləti yıxılana qədər min ilə yaxın bir müddət bügün İran adı ilə tanınan coğrafyaya Türk sülalələri höküm sürmüşdür və bu sülalələrin bir çoxu Azərbaycan mənşəli olmuşdur; o cümlədən Qacarlar, Əfşarlar və Səfəvilər, Ağqoyunlular və Qaraqoyunlular. Exanlar, Selcuqlular və Qəznəlilər kimi dövlətlər də Türkistan mənşəli olublar.

Özlərini İslam öncəsi Perslərin davamı kimi hesab edən edən Farslar (ki əslində deyillər və günümüzdə danışılan Farsca Tacik dilinin bir qoludur) bu min ildə hakimiyyətdən uzaq qaldıqları və Türklər tərəfindən idarə olunduqları üçün bir növ əzilmişlik və xorlanmışlıq hissinə tutulub və çox tez zamanlarda öz içlərində aqresiv milliyətçi hisslər bəsləməyə başladılar.



Özlərini Perslərin davamçısı kimi qələmə verən Taciklər bugünkü İran ərazisində "Şuubiyyə" axımını başladılar. Bu axım bir növ erkən milliyətçilik hərəkatı idi. Enişli-yoxuşlu bir sürəci olan bu axımın içindən çoxlu şarilər və yazalar çıxdı, bir neçə üsyanlar baş göstərdi. Bu axımın ən başarılı işi Firdovsi və onun "Şahnamə"sinin ortaya çıxması oldu. Bu həmasi şer kitabı modern Fars milliyətçiliyinin orta dirəyi oldu. 19-cu və 20-ci əsirlərdə modern düşüncə axımlarının Qacar dövləti ərazisinə yol tapması ilə Şuubiyyənin qalıntıları yeni formatda canlanmaya başladı. 
 
Bu dönəmdə dövlətinin getdikcə zəiflədiyini, fəsada boğulduğunu və yıxılmaya doğru getdiyini görən Türk aydını öz imperyasını qurtarmaq üçün yol arayışında idi. Təəssüf ki, Türk aydını yanlış bir təsbitlə modern Şuubiyyəçilərin oyununa gələrək İran dili və İran milliyətçiliyi kimi hesab etdikləri Fars dili və Fars milliyyətçiliyini bir çıxış yolu kimi gördülər. O dönəmdə Fars milliyətçisi kimi görünən Türk aydınlarının düşüncələrini araşdırdığımız zaman rahatlıqla görə bilirik ki bunların heç də Farslıq dərdləri yoxdur və hətta yeri gələndə Farsları təhqir də edirlər, onların əsas dərdi dövlət sistemində reform yaradıb ölkəni qurtarmaqdı; çünkü minillik bir alt bilinclə o dövləti özlərinə aid bilirdilər. Bu tərz aydınların başında Əhməd Kəsrəvi gəlir. Yalnız gedişat bu təsbitin yanlış olduğunu çox geçmədən isbatladı, amma artq olan olmuşdu.


 
Modern Şuubiyyəçilərin fəaliyyətləri nəticəsində Türklərin İranda iqtidardan uzaqlaşma və Farsların addım-addım bütün dövləti ələ geçirmək prosesi sürətlə ilə irəli getdi. 
 
Bu proses Çindən Avrupaya uzanan Türk dövlətləri və toplumlarını gücdən salıb parçalamaq istəyən Batılı imperial güclərin də mənfəətlərinə uyğun gəlirdi və ona görə də başda İngilizlər və Yəhudilər bu prosesə ciddi və hərtərəfli dəstək verdilər. Ən sonda 1925-ci ildə İngilizlərin planlayıb uyğuladığı bir çevrilişlə son Türk sultanı olan Əhməd Şah hakimiyyətdən uzaqlaşdırılıb yerinə savadsız bir ingiliz adamı olan Riza Xan gətirildi. 
 
Beləcə Şuubiyyə minillik arzusuna çatmış oldu. "Turanlı"lar hakimiyyətdən uzaqlaşdırılıb, "İranlı"lar hakimiyyətə gəldilər. Artıq Turanlılardan minillik intiqamın alınmasının zamanı gəlmişdi. 


 
Yalnız, nə hikmət isə, bu İranlılar öz güc və hünərləri ilə yox batılıların oyunlarıları ilə hakimiyyətə gəldikləri üçün onların əllərində oyunçaq kimi idilər. Batılılar istədikləri zaman bu İranlı şahları qolubağlı saraydan çıxardıb təhqir edirdilər və sairə.
 
Ama Turanlıların yaxud Türklərin sıradan çıxardılması və hər anlamda məhv edilməsi həm modern Şuubiyyəçi Taciklərin, həm batılıların ortaq istəyi idi ona görə bu plan qüsursuz hayata keçirildi. 
 
Başda Güney Azərbaycan və Təbriz olmaq üzrə Türkləri iqtisadi, siyasi və mədəni olaraq məhv etmək və Farslaşdırmaq planları ciddiyyətlə uyğulanmaya başladı. Bu Farslaşdırma siyasəti sadəcə Türklərə uyğulanmadı, Ərəblər, Kürdlər, Bəluçlar və digərləri də eyni dövlət proqramı çərçəvəsində Farslaşdırılmaya çalışıldı. Yalnız ölkə əhalisinin hardasa yarısını təşkil edən və minil ölkəyə höküm sürən Türklərdən hiss edilən nifrət və təhlükə, təbii ki, çox daha böyük idi. Ona görə də yox etmək prosesində əsas hissə  Türklərlə bağlı idi. 
 


Bu prosesdə özəlliklə iki şeyin məhv edilməsinə çox önəm verildi: Birinci dil, ikinci tarixi mədəniyyət abidələri
 
İran dövləti bütün gücü ilə Azərbaycan Türkcəsini yox edib sıradan çıxarmaya çalışdı və bunun üçün böyük dövlət proqramları hazırlandı. Yalnız bu yazının mövzusu olmadığı üçün o məsələyə girmirik.
 
Güney Azərbaycan haqqında ikinci ən böyük, unudulmaz və bağışlanmaz cinayət isə tarixi abidələrin məhv edilməsidir. Özəlliklə birinci Pəhləvi zamanında başda Təbriz olmaq üzərə, Güney Azərbaycan şəhərlərində çox sayda tarixi abidə, eləcə də şəhərlərin qədim tikilişləri sistemli və davamlı şəkildə yıxılıb yerinə yeni binalar və küçələr tikildi. Bu sürəcdə ən çox ziyanı Təbriz görsə də, Ərdəbil, Urmiyə, Zəngan, Marağa və Xoy kimi şəhərlər də bu topyekun yoxetmə prosesində öz yerlərini aldılar. 
Maraqlısı budur ki, Azərbaycan şəhərlərində bu yıxıntılar davam edərkən Fars şəhərlərində o cümlədən İsfahan, Şiraz, Yəzd və Kirmanda tarixi abidə və tikintiləri bərpa etmək və canlandırmaq prosesi gedirdi. Necə ki, bugün Fars şəhərlərinin qədim hissələri və tarixi abidələri böyük diqqət və səliqə ilə mühafizə edilib saxlanıb, yalnız Türk şəhərlərində durum tam tərsinədir. 


 
Tarixi mədəniyyət abidələri və şəhərlərin qədim tikintilərinin məhv edilməsinin əsas səbəbi bu idi: Türklərdə tarixi yaddaş silinsin. Tarixi abidələr bir millətin mədəniyyətinin və yaddaşının ən önəmli qisimlərindən biridir. Bir millət yox ediləcəksə, yaddaşı silinib, təhqir edilib, kölələşdiriləcəksə, onun müəzzəm bir dili və ədəbiyatı, eləcə də ehtişamlı sarayları və mədəniyyət abidələri olmamalıdır; yoxsa bu millət bir daha özünə qaydıdıb keçmişini sorğulaya bilər. 
 
Bu gün İran adı ilə anılan coğrafyada İranlılar Turanlıları silib sıradan çıxarda bilmədilər. Turanlılar bir daha öz küllərindən doğub ayağa qalxmağa başladılar. Amma İranlıların yüz il içində ortaya çıxardıqları yıxıntı tarixdə bir qara ləkə kimi qalacaq.
 
Aşağıda sadəcə Təbrizdə yıxılaraq məhv edilən tarixi mədəniyyət abidələrinin siyahısı verilmişdir. Bu yıxıntıların artıq geri dönüşü yoxdur. Amma ən azından bəlkə araşdırılıb unudulmaması təmin oluna, yaxud gələcəkdə bəzi hissələri bir şəkildə yenidən canlandırıla bilər.


 
"Ala Qapı" yaxud " Şəms-ul-İmarə" sarayi, bağ və meydanı
 
Səfəvi dövlətinin Təbrizdəki hökumət binası idi. Paytaxt Təbrizdən daşındıqdan sonra Səfəvi və Qacar dövlətləri zamanında vəliəhd iqamətgahı olaraq istifadə olunmuşdur. Səfəvi dönəmində adı "Ala Qapı" ikən, Qacar zamanında "Şəms-ul-İmarə" (Günəş Sarayı) adı ilə tanınırdı. Saray, bağ və yardımcı binalar kompleksi idi və qarşısında da böyük bir meydan vardı.
 
1933-cü ildə Riza Pəhləvi zamanında şübhəli şəkildə yandırıldı və böyük qismi xarab oldu. Qalan qismi də 1947-ci ildə tamamilə yıxıldı, neçə yüz illik ağacları kəsildi və meydandakı başqa binalar da məhv edildi. Daha sonra yerinə indiki Şərqi Azərbaycan valilik binası və başqa binalar tikildi.   
 
 

 
Şəkil: Ala Qapı meydanı dövlət törəni sırasında
 
 


Şəkil: Ala Qapı sarayının Gülxana binası və bağçası
 

Şəkil: Ala Qapı sarayının Hərəmxana binasında bir dövlət törəni



 
 
"Bağ-ı Şimal" yaxud "Şazda Bağı" sarylar məcmuəsi
 
Ağqoyunlu Yəqub zamanında tikilən bağ. Qacar zamanında çox genişləndi və Qacar şahzadələri üçün bir çox saray və köşk tikildi. Abbas Mirzə Qacarın iqamətgahı idi. 1929-cu ildə Təbriz bələdiyyəsi tərəfindən tamamən yıxıldı və onlarca tarixi əsər topyekun məhv edildi.
 
 
Şəkil: Şazda Bağının Nayib-ul-Səltənə binası


Şəkil: Şazda Bağının yıxılan girişlərindən biri

 
Şəkil: Şazda bağı yaxud Bağ-ı Şimalda Qacar zamanı bir dövlət törəni




 


 
Şəkil: Şazda Bağı, yaxud Bağ-ı Şimalın quzey girişi – Şirin Fərhad binası
 
 


Şəkil: Bağ-ı Şimalın içi



 
Etizadiyyə Sarayı və bağı
 
Müzəffərəddin Şah Qacar zamanında tikilən bu saray Riza Pəhləvi zamanda yıxıldı
 

 
 
Sahib Divan saray və bağı

Məhəmməd Əli Şah Qacarın vəliəhdlik zamanında Təbrizdə iqamət etdiyi saray idi. Birinci pəhləvi zamanında yıxdırıldı. 
 

 
 
 
 

Əlişah Ərki

Elxanlı sultanı Xudabəndə Olcaytunun vəziri Tacəddin Əlişah Ceylani tərəfindən inşa edilən qala, Qacarın sonuna qədər Təbrizdə əsgəri məqsədlə istifadə olunmuş və aralıqlarla təmir edilmişdir.
Ruslar Təbrizi işğal edərkən bir qismində yanğın çıxdı. 
Pəhləvi hakimiyyətə gəldikdən sonra parça parça yıxdırldı. Bir qismi də islam cümhuriyyəti zamanında yıxdırılıb yerinə müsəlla tikildi. 
Hal hazırda sadəcə qalanın əsas binasının ön duvarı qalır.   
 

 

Əski Şah Gölü Binası

Ağ Qoyunlu Sultan Yəqub zamanında tikildi və Səfəvi dönəmində genişləndirildi.
 
Qacar Abbas Mirzənin oğlu Qəhrəman Mirza bu göl və sarayı Qacalar üçün gəzmək və əyləncə yeri halına gətirdi.
İslam inqilabından sonra adı El Gölü olaraq dəyişdirildi.
1965 ilində Təbriz bələdiyyəsi əski binasını yıxaraq yerinə başqa bina tikdi. 
 

 
Sahib-ul-Əmr Hökümət Meydanı

Bu meydana Elxanlı zamanında "Sahib Abad Meydanı", Ağ Qoyunlu zamanında "Həsən Padşah Meydanı", Səfəvi və Qacar zamanlarında "Sahib-ul-əmr Meydanı" adı verilib və hökümət və əsgəri məqsədlərlə istifadə olub. Zamanında dünyanın ən böyük meydanı olub və böyüklüyü Avrupalı səyyahları heyrətə salıb. Ağ Qoyunlu Uzun Həsən burada otuz min qoşunundan san görürmüş. 
 
Təqribən 200 il öncə böyük bir zəlzələdə xeyli ziyan görsə də Qacarın sonuna qədər var imiş. Pəhləvi dönənimdən sonra mərhələ-mərhələ tamamı ilə məhv edildi. İndi sadəcə Sahib-ul-əmr məscidi və bəzi kiçik binalar qalır.
 
 

 
Şəkil: Sahib-ul-əmr məscidi




Ana səhifəyə qayıt        Baxış: 5 842          Tarix: 9-05-2020, 09:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma