Xəbər lenti

 Qarabağ xanlığı 17481805–ci illər arasında müasir Azərbaycan ərazisində, KürAraz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında, de-fakto müstəqil türk feodal dövləti, xanlıq yaranmışdır. Hələ Pənahəli xanın dövründə xanlıq müstəqil olmuşdur. Pənahəli xanın "Xatın arxı" döyüşündə Məhəmmədhəsən xan Qacarı məğlub etməsi Qarabağın Qacarlardan aslı olmadığını göstərir.İbrahimxəlil xan 80-ci illərdə xanlığın qüdrətini artırmışdır.Belə ki Ağa Məhəmməd xanın yürüşü zamanı Qarabağ şimal xanlıqları arasında ən qüdrətlisi sayılırdı.Ağa Məhəmməd xan çox qısa müddətdə Qarabağı aslı vəziyyətdə saxlaya bilmişdir.1805-ci il 14 may tarixində bağlanmış Kürəkçay müqaviləsi ilə Qarabağ Rusiya himayəsinə keçmişdir.İranın Qarabağa sonuncu hücumu I Rus-İran müharibəsinə düşür ki, Qacarlar bu müharibədə məğlub olmuşdur.Gülüstan sazişinə əsasən xanlıq Rusiyaya verilir.Bu hadisədən 9 il sonra yəni 1922-ci ildə xanlıq ləğv edilir.Buna görə Qarabağın Qacarlardan asılılığı ilə bağlı belə fikir bildirmək qeyri-dəqiqdir. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.

İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya   İmperiyasının tərkibinə keçmişdir. İranRusiya  arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 1 614          Tarix: 14-05-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma