İran rejimi Güney Azərbaycan ziyalılarına qarşı təzyiqlərini artırıb.
Ovqat.com-un məlumatına görə, 5 ay öncə Təbrizdə 6 milli ziyalımız həbs olunub.
Onların yeganə suçu isə Türk dilində şeirlər yazmaqdır. Milli ziyalılarımız İran dövləti əleyhinə mütəşəkkil dəstə qurmaqda ittiham olunurlar.
Məhbuslardan biri Məhərrəm Vəlipur Xoşnamdır. Cənubi Azərbaycanın ən ünlü şairlərindən olan Məhərrəm Xoşnamın vətənpərvər şeirləriylə Güneyin Xəlil Rzası adını qazandığı xəbər verilir. Mübariz şeirləriylə tanınan Məhərrəm Xoşnam 3 kitab müəllifidir. Qaradağda anadan olub Təbrizdə yaşayan şairin hazırda Marağa zindanında saxlanıldığı bildirilir.
Digər məhbuslardan isə bunlardır: Əbülfəz Fakuri, Qulamrza Rəşidi, Həkimə Əhmədi, Qulammirzə Qurbani, Əkbər Əzizi.
Qaradağ doğumlu olan Əbülfəz Fakuri də həmyerlisi Məhərrəm Xoşnam kimi Təbrizdə yaşayır və milli vətənpərvərlik şeirləriylə tanınır.
Məhbuslardan yalnız Qulamrza Rəşidi bəstəkar, digərləri isə ədəbiyyat adamlarıdır. Qulamrza Rəşidi Təbrizdə doğulub və həmin şəhərdə yaşayır.
Həkimə Əhmədi və Qulammirzə Qurbani bir-birinin həyat yoldaşlarıdır. Hər ikisi Mərənddə doğulub və həmin şəhərdə yaşayırlar.
Şair Əkbər Əzizi isə Marağadandır. Məhbusların hamısı Marağa zindanında saxlanılırlar.
Güney Azərbaycanın Xəlil Rzası kimi tanınan Məhərrəm Vəlipur Xoşnamın öz diliylə səsləndirdiyi “Can, ay Vətən!” şeirini təqdim edirik:
Paylaş: