Xəbər lenti

 
Azərbaycan Ermənistanla danışıqlar apararaq, Qarabağı mərhələli həll yoluyla geri qaytarmağa çalışır. ATƏT-in Minsk qrupu, bəzi beynəlxalq təşkilatlar da bu məsələdə rəsmi Bakının yanındadır. Hətta Rusiyanın əslən erməni olan Xarici İşlər naziri Lavrov belə guya bizim mövqeyimizi müdafiə edən bəyanat səsləndirmişdi. Onun sözlərindən belə anlaşılmışdı ki, Paşinyan hakimiyyəti də bu həll variantına razılıq veribmiş.
 
İndisə rəsmi İrəvan müxtəlif bəhanələr və “inqilabi” təkliflərlə vaxt qazanmaq niyyətindədir. Ermənistan ordusu isə bu məsələdə olduqca konkret mövqe ortaya qoyur. Bir müddət əvvəl Ermənistan Müdafiə naziri xarici media qurumlarına verdiyi müsahibəsində “yeni müharibə yeni ərazilərin işğalı deməkdir” sözləriylə Azərbaycanı təhdid etməkdən belə çəkinməmişdi.
 
Bir başqa erməni generalı isə 2017-ci ildə Dağlıq Qarabağda əsgər və zabit heyəti qarşısında çıxışında işğalı müharibə qanunlarının nəticəsi olduğunu vurğulayıb və 1 sm ərazini də geri qaytarmayacaqlarını etiraf edib. O, hətta Ermənistan hakimiyyətini başqa ölkələrdə yaşayan erməniləri Dağlıq Qarabağa köçürüb məskunlaşdırmağa çağırıb.
 
Erməni həyasızlığının bariz nümunəsi olan həmin çıxışı Ovqat.com oxucularına təqdim edirik:
 



Ana səhifəyə qayıt        Baxış: 6 206          Tarix: 18-05-2020, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma