Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Mətbuatda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması təşəbbüsü barədə məlumat dərc olunandan sonra bu ideyaya etiraz bildirənlər də tapıldı. Onlardan biri də əslən Qərbi Azərbaycandan olan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərlidir.
Əziz Ələkbərlinin səsləndirdiyi iradlarla bağlı Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilat komitəsinin üzvü, tarixçi araşdırmaçı Şahlar Hacıyevin fikirlərini Ovqat.com oxucularına təqdim edirik.
“Şox təəssüf hissi ilə qeyd edirəm ki, hörmətli ziyalımız Əziz Ələkbərli Respublikanın yaradılması ilə bağlı təşəbbüsü bu şəkildə süngü ilə qarşılayır. İndiki məqamda belə bir respublikanın elan olunmasını düzgün saymadığını deyən Ə. Ələkbərlinin arqumentləri də təəssüf doğurur. O qeyd edir ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaranması əslində danışıqlar prosessində ermənilərin əlinə fürsət verəcək və ümumilikdə bu addım “Dağlıq Qarabağ Respublikası”nın legitimləşdirilməsinə aparan yoldur.
Əvvəla, hörmətli ziyalımızın nəzərinə çatdırıram ki, Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının təşəbbüsçüləri olaraq qarşımıza qoyduğumuz məqsəd öz dədə-baba yurdlarından deportasiya olunmuş yüz minlərlə insanımızın haqq səsini dünyaya tanıtmaqdan, indiki Ermənistan adlanan ərazinin əsl sakinlərinin kimlərdən ibarət olmasını bütün dünyaya hayqırmaqdan ibarətdir. Elan olunan respublika zor və güc hesabına öz dədə-baba torpaqlarından çıxarılan insanlarımızın həmin torpaqlara qayıtmaq uğrunda mübarizəsinin tərkib hissəsidir və buna görə də bizi heç kimin qınamaq haqqı yoxdur.
Hörmətli ziyalımızın nəzərinə çatdırıram ki, tez-tez beynəlxalq hüquqdan misal gətirərkən arada bir həmin torpaqların hər hansı bir hüquqla deyil, zor gücü ilə əlimizdən alındığını da xatırlasın. Təşəbbüs qrupu üzvlərinə xəbərdarlıq ünvanlayan Əziz Ələkbərli yaxşı olardı ki, bu və ya digər bəhanələr gətirib görülən işlərlə bağlı insanlarımız arasında çaşqınlıq yaratmaqdandırsa Respublikanın elan olunmasını istəməməsinin əsl səbəblərini açıqlasın.
Sual olunur: bizlər bu təşəbbüslə çıxış etdiyimiz ilk günlərdə mətbuata özünün rəhbərlik etdiyi təşkilatın da son məqsədinin belə bir dövlətin yaranması olduğunu deyən və buna nail olmaq üçün artıq icmaların yaradıldığını və xeyli işlər görüldüyünü deyən Əziz bəy necə olur ki, özü Qərbi Azərbaycan dövləti elan edəcəyi halda “bu, “Dağlıq Qarabağ Respublikası”nın legitimləşdirilməsinə aparan yol olmayacaq” deyirdi, amma bu gün eyni təşəbbüslə başqaları çıxış edir deyə bunu “erməni dəyirmanına su tökmək” kimi qiymətləndirir? Demək ki, əsl məsələ ideya və onun həyata keçirilməsi istiqamətində atılan addımlarda deyil, kreslo davasındadır.
Mən mətbuat vasitəsilə üzümü həm Əziz Ələkbərliyə, həm də digər onun kimi düşünən insanlarımıza tutaraq bildirirəm ki, bu dövlət hər birimizin dövlətidir və bu gün olmayan kreslonun davasını aparmaq istiqamətində deyil əl-ələ verib dövləti qurmaq istiqamətində fəaliyyət göstərməliyik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar