Xəbər lenti

 
Yeni təsis olunan Qərbi Azərbaycan Mühacir Respublikasının Millət Şurası 28 May – Respublika günü münasibətilə xalqı təbrik edib.
 
Ovqat.com xəbər verir ki, təbrik mesajında deyilir:
 
“Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü,  Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunur.   Azərbaycan Xalq Cümhuriyyəti 28 mayda Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyi elan edib.
 
Azərbaycan İstiqlalliyyəti haqqında AKT (Əqdnamə) ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olunub.
 
Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan  edilib, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilib, həmçinin  dövlətin əsas fəaliyyət prinsipləri  öz əksini taplb. Çox təəssüf ki, o vaxtların geosiyai, hərbi şərtləri çərçivəsində cənubi Qafqazda Azərbaycan və Gürcüstan Respublikaları ilə yanaşı, Ermənistan dövləti də 9 min km-lik tarixi Qərbi Azərbaycan ərazilərində yarandı. Bununla da tarixin müxtəlif dönəmlərində birgəyaşayışın, xalqlar arasında mehriban qonşuluğun nümunəsi olmuş Cənubi Qafqaz qanlı toqquşmalar, deportasiyalar biri-digərinə qarşı əsassız ərazi iddialar, soyqırımlar bölgəsinə çevrildi. 
 
Lakin Azərbaycan xalqı ermənilərin nəzarətində olan tarixi ərazilərinə qayıtmaq və sahib olmaq haqqından vaz keçməyib bu istiqamətdə real hüquqi addımlar atmış, Qərbi Azərbaycan Mühacir Respublikasını elan edərək  tarixi ədalətin bərpası üçün çoxvektorlu fəaliyyətə qərar vermişdir.
 
Azərbaycan xalqı tarixən dünyaya dövlət quran, hökm etdiyi əraziyə ədalət yayan bir millət kimi tanınmışdır. Azərbaycan Xalq   Cümhuriyyəti də 23 aylıq fəaliyyəti ilə dünyaya Şərqdə qadına seçki hüququ tanıyan,  demokratik təsisatları, İdarəçilyi gətirən bir dövlət kimi tanındı. Azərbaycan xalqı 72 il sonra öz müstəqilliyini yenidən bərpa edə bildi və bu gün dünyanın müstəqil dövlətlərinən biridir. 
 
Millətimizin Milli bayram olan Respublika bayramını  təbrik edirik. Ədalətin və tarixi ərazilərimizin bərpası yolunda hər bir vətəndaşımıza uğurlar başarılar diləyirik!
 
Qərbi Azərbaycan Mühacir Respublikasının Millət Şurası 
27.05.2020-ci il 


Ana səhifəyə qayıt        Baxış: 5 649          Tarix: 27-05-2020, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma