Xəbər lenti
 

“Bütün mövcud federal, mülki və hərbi qaynaqları talançılığa, təxribatlara son qoymaq və qanuna tabe olan Amerika xalqının hüquqlarını qorumaq üçün səfərbər edirəm”.
 
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ evin bağçasında jurnalistlər üçün verdiyi brifinqdə belə deyib.


 
O, qaradərili Corc Floydun polislər tərəfindən vəhşicəsinə döyülərək öldürülməsindən sonra ölkədə baş qaldıran şiddət hadisələrini yatırmaq üçün minlərlə ağır silahlı hərbi qulluqçu və təhlükəsizlik qüvvələrinə əmr verdiyini bildirib.



"Hər bir qubernatora üsyanların qarşısını almaq üçün kifayət sayda Milli Qvardiya qüvvələrini bu işə cəlb etmələrini məsləhət görürəm. Qubernatorlar və merlər şiddət bitənə qədər çox sayda təhlükəsizlik qüvvəsini daha aktiv vəziyyətə gətirməlidirlər. Bir şəhər və ya ştat öz sakinlərinin həyatını və əmlakını qorumaq üçün lazımi tədbirləri görməkdən imtina edərsə, mən bu işi ABŞ əsgərinə tapşıracağam və problemi özüm həll edəcəyəm”.


 
Tramp çıxışından sonra iqamətgahını tərk edərək əlində İncil, Ağ Evin yaxınlığındakı Müqəddəs Cons Kilsəsinə yürüyüb. Qeyd edək ki, dünən gecə etirazçılar bu kilsəni dağıtmağa çalışırdılar. Tramp bununla vəziyyəti tam nəzarət altına aldığını əyani şəkildə göstərmək istəyib.




Ana səhifəyə qayıt        Baxış: 3 600          Tarix: 2-06-2020, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma