Xəbər lenti
2-07-2020, 19:26
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı özbək və rus dillərində məqaləsi yerli qəzetlərdə, aparıcı saytlarda geniş yayımlanıb və ölkədə rezonans yaradıb
 
Ovqat.com xəbər verir ki, Özbəkistanın nüfuzlu «Вечерный Тошкент» qəzetində, habelə gənc jurnalistlər klubunun mətbu orqanı olan “orol.uz” saytında dərc olunmuş məqalələrdə Azərbaycan torpaqlarının yüzdə 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikəri qeyd olunur. Vurğulanır ki, erməni qoşunları türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edir, habelə onları saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edir. 


 
Diplomat qeyd edib ki, erməni işğalçıları  Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, Azərbaycanın Qarabağ diyarının tanınmış şairəsi Xan qızı Natəvanın büst və heykəllərini güllələyib, sonra onları qənimət kimi Ermənistan paytaxtı İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri, sabiq prezidenti Heydər Əliyevin müdaxiləsindən sonra alınaraq paytaxt Bakıya gətirilmişdir.
 
Müəllif vurğulayır ki, işğal olunan 20 faiz Azərbaycan torpaqları ilə yanaşı, düşmən gülləsinə yalnız 20 mindən çox şəhid vermiş Azərbaycan xalqı, onun insanları, uşaqları deyil, heykəlləri, mədəniyyət abidələri də tuş gəlir. O, bu barbarlığın yalnız Azərbaycanın deyil, bütün müsəlman, türk məmləkətlərinin, sivil dünyanın qarşısını almağa borclu olduğunu bildirir. 


 
Müəllif erməni vandallarının bu hərəkətini İŞİD terrorçu qruplaşmasının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Qeyd edir ki, bu vandallıq bugün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl siması və barbar xislətini bir daha göstərir. 
 
Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq abidəsini, 100-dən çox arxeoloji abidənin, 22 muzey, digər mədəniyyət ocaqlarının məhv edildiyini və ölkəsinin ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına zidd olduğunu bəyan edir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən sammitində səsləndirdiyi bəyanatını xatırladır: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".


 
Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarından məcburi köçkünə çevrilməsi, erməni işğalına qarşı BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bugünə qədər yerinə yetirilməməsi öz əksini tapıb. 
 
Məqalələrin tam versiyası rus dilində Özbəkistanın «Вечерный Тошкент» qəzetinin Veb saytında http://ru.vtopoytaxt.uz/kultura/news_post/uzbekistan-azerbajdzhan-8, habelə gənc jurnalistlər klubunun saytında özbək dilində https://orol24.uz/madaniyat/901-tajovuzning-yomonligi-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar.html linklərində tanış olmaq mümkündür. 


 
Məqaləyə maraq böyük olmuş, onun Özbəkistanın “fikr.uz” saytında http://fikr.uz/blog/poems/stavshie-shehidami-v-rezultate-agressii-istoricheskie-pamjatniki-kultury-i-skulptury.html, özbək versiyasının isə “uchildiz.uz” xəbər saytında http://uchildiz.uz/tajovuz-natijasida-azoblangan-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar/  yayımlanmışdır.
 
Məqalə ilə əlaqədar Özbəkistanın Dövlət Mətbuat Agentliyi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova müraciət edərək bu mövzuda geniş müsahibə götürməyi təklif edib. Yaxın günlərdə müsahibənin Özbəkistanın Dövlət Mətbuat Agentliyinin səhifəsində yayımlanması nəzərdə tutulub.
 


Ana səhifəyə qayıt        Baxış: 3 081          Tarix: 17-06-2020, 23:54      


Paylaş: