Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Bu günədək Azərbaycan Çin, Pakistan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxil olmaqla, 30-dan çox ölkəyə tibbi ləvazimatlar göndərib... Rəsmi Bakı eyni zamanda, Bakı Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırıb... Azərbaycan ABŞ-ın sanksiyalarından əziyyət çəkən və pandemiyanın ən böyük zərbə vurduğu ölkələrdən olan İrana da 5 milyon dollar yardım edib”.
Ovqat.com xəbər verir ki, Avropa İttifaqının “Moderndiplomacy” nəşrinin yazarı Nağı Əhmədov bunu Azərbaycan xalqının humanistliyinin, səxavətliliyinin göstəricisi kimi qiymətləndirir.
Rəsmi Bakının koronavirusla mübarizədə beynəlxalq əməkdaşlıq üçün digər səylərindən də bəhs edən “COVID-19 dövründə Azərbaycanın inklüziv diplomatiyası” sərlövhəli məqaləni oxucularımızın diqqətinə çatdırırıq.
Koronavirus pandemiyasının yayıldığı dövrdə bütün dünyada istehsal və istehlakın azalması qlobal tədarük zəncirinin görünməmiş dərəcədə pozulmasına səbəb olub. Pandemiya qlobal dəyər zəncirini zəiflədərək, tələblə təklif arasında balansı pozub. Bu, həyatın bütün sahələrinə mənfi təsir göstərir.
Bir çox ölkənin koronavirus pandemiyasından əziyyət çəkdiyi vaxtda bəzi dövlətlər bundan təbliğat vasitəsi kimi istifadə edir. Əslində, COVID-19 beynəlxalq ictimaiyyət üçün həm də bir sınaq, eyni zamanda, fövqəldövlətlərin qlobal təsir dairəsini genişləndirməsi üçün ideal məqamdır.
Saysız-hesabsız ölkələrin koronavirusdan əziyyət çəkdiyi vaxtda Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq həmrəyliyin, pandemiya ilə regional və beynəlxalq mübarizədə əməkdaşlığın genişləndirilməsi istiqmətində mühüm addımlar atıb və atır. Məsələn, Qoşulmama Hərəkatının sədri olan prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu koronavirusla mübarizə mövzusunda videokonfrans şəklində Zirvə görüşü keçirib. Bundan başqa, İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da sədridir və yenə də onun təşəbbüsü ilə qurumun COVID-19-a qarşı mübarizəyə həsr edilmiş fövqəladə iclası baş tutub.
Hər iki zirvə görüşündə iştirak etmiş dövlət başçıları, həmçinin BMT-nin baş katibi və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycan prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirib. Sammitlərdə koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı geniş müzakirə aparılıb, müxtəlif ideyalar və təkliflər irəli sürülüb.
İndi isə Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səylərin gücləndirilməsi məqsədilə BMT Baş Assambleyasının videokonfrans şəklində xüsusi sessiyasının keçirilməsini təklif edib. BMT-yə üzv olan ölkələrin təxminən 130-u bu təşəbbüsü dəstəkləyib. Əslində, bu, dünya dövlətlərinin Azərbaycana inam və etimadını bir daha nümayiş etdirir.
Bu gün bütün ölkələr qlobal fəlakətlə üz-üzədir. Odur ki, hər bir dövlət beynəlxalq həmrəyliyə, əməkdaşlığa ehtiyac duyur. Qəribədir ki, beynəlxalq ictimaiyyətin maraqlarına cavab verən bu təşəbbüslərə qarşı çıxan ölkə də var. Məsələn, Ermənistan. Ümumiyyətlə, koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə, təəssüf ki, beynəlxalq ictimaiyyət lazımi həmrəyliyi nümayiş etdirmir. Halbuki BMT-nin baş katibi Antonio Quterreşin də qeyd etdiyi kimi, bu gün dünya gərünməmiş vəziyyətlə üz-üzə qalıb və artıq hər zaman normal sayılmış qaydalar işləmir. Hər halda, koronavirus ilk öncə insanlığın problemidir və onun həlli üçün həmrəyliyə ehtiyac var.
Ümid edək ki, Azərbaycanın qeyd olunan son təşəbbüsü BMT-nin susqunluğunu pozmasına, qlobal fəlakətdən çıxmaq üçün həll yolları axtarmasına, onun yenidən qlobal müzakirələrin aparıldığı platformaya çevirməsinə yol açacaq. BMT Baş Assambleyasının xüsusi sessiyasının ölkələrin humanitar böhranların həllində daha fəal iştirakı üçün təməl olacağına ümid edək.
Azərbaycan hər zaman bütün ölkələrlə qarşılıqlı maraq doğuran əməkdaşlığa böyük diqqət göstərir. Bu, Bakının xarici siyasətində pandemiya dövründə belə, özünü göstərir. Azərbaycanın koronavirusdan əziyyət çəkən bir çox ölkəyə yardım etməsi onun çoxşaxəli xarici siyasətinin daha bir göstəricisidir. Hər halda, Bakı pandemiya dövründə beynəlxalq həmrəyliklə bağlı təşəbbüsləri dəstəkləyir, yardıma ehtiyac duyan çox sayda ölkəyə kömək edir. Bu günədək o, Çin, Pakistan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxil olmaqla, 30-dan çox ölkəyə tibbi ləvazimatlar göndərib. Azərbaycan belə ölkələrə maddi yardım da edib. Eyni zamanda, Bakı Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırıb. Bu vəsait koronavirusdan əziyyət çəkən, maddi çətinliklərlə üzləşmiş ölkələrə yönəldilib. Söhbət Asiya, Afrika və Latın Amerikasının Qoşulmama Hərəkatına üzv olan həssas ölkələrindən gedir.
Bu günlərdə Azərbaycan ABŞ-ın sanksiyalarından əziyyət çəkən və pandemiyanın ən böyük zərbə vurduğu ölkələrdən olan İrana da 5 milyon dollar yardım edib. Məlum olduğu kimi, İran məhz ABŞ-ın sanksiyaları üzündən, koronavirusla mübarizənin ilk mərhələsində ciddi çətinliklərlə üzləşmişdi.
Əlbəttə ki, belə yardımların göstərilməsində əsas meyar ölkələrin yardıma nə dərəcədə ehtiyac duyub-duymamasıdır. Bununla yanaşı, göstərilən yardımlar Azərbaycan xalqının humanistliyinin, səxavətliliyinin göstəricisidir. Azərbaycan köməyə ehtiyacı olanlara hər zaman yardım əlini uzadıb. Həm daxildə, həm də beynəlxalq səviyyədə layiqli və doğru siyasət yürüdən Azərbaycanın hörməti məhz bu üzdən gündən-günə artır. Bakı qlobal çağırışlarla mübarizədə hər zaman ön cəbhədədir.
COVID-19 bütün ölkələrin səhiyyəsini ciddi böhranla üz-üzə qoyub. Problemin əhəmiyyətini yaxşı anlayan Azərbaycan “orta güc dövləti” kimi, həmrəylik konsepsiyasının dəstəklənməsinə, çoxtərəfli diplomatiyanın inkişafına məsuliyyət daşıyır. Odur ki, Bakı qlobal fəlakətlə mübarizədə praktiki tədbirlərə əsaslanan xarici siyasət həyata keçirir, həm ayrı-ayrı ölkələrlə, həm də beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, bəzi ekspertlər Azərbaycanın son dövrdə apardığı bu xarici siyasəti “Azərbaycan diplomatiyasının yüksəlişi” kimi qiymətləndirir.
Bir sözlə, qlobal böhranla əlaqəli qeyri-müəyyənliyinin dərinləşdiyi bir vaxtda Bakı məsuliyyəti öz üzərinə götürür, çoxtərəfli əməkdaşlığa real töhfələr verir. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olan Azərbaycan koronavirus təhlükəsilə qlobal mübarizəni də ilk günlərdən dəstəkləyib. Onun COVID-19 pandemiyasına cavabı belədir: beynəlxalq ictimaiyyət bugünkü böhrandan yalnız çoxtərəfli əməkdaşlıqla, qanunlara əsaslanan dünya düzəninin yardımı ilə çıxa bilər. Bu məsələdə proteksionizmə yer yoxdur. Odur ki, Azərbaycan yaşanmaqda olan böhranın həllində əsasən inklüziv diplomatiyaya üstünlük verir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar