Xəbər lenti

 
Şair Gülnar İbadova şəhid general Polad Həşimova şeir həsr edib.
Ovqat.com şeiri təqdim edir:
 
General Polad Həşimov anısına...
 
Sən düşdün-düşəli qara torpağa
Umudu qəlbində tutan ağladı.
Ağılar yazıldı daşa, yarpağa,
Göy üzü inlədi, vətən ağladı.
 
Haqqınla Haqqa da o gün qəsd oldu,
Biri düşmən oldu, biri dost oldu,
Göz yaşı tökməkdən el şikəşt oldu,
İllərlə qəflətdə yatan ağladı.
 
Əcəl köksümüzə dağ vurdu o an,
Bölündü ürəklər, can qopdu candan.
Matəmə büründü can Azərbaycan,
Köməksiz dəryada batan ağladı.
 
Şəhriyar Təbrizdən haray eylədi,
Şuşadan Xan qızı lay-lay söylədi,
Babəkin vurulan qolu göynədi,
Torpağa qanını qatan ağladı.
 
Şah babam şanıyla kükrədi göylər,
Şimşək nərəsiylə titrədi göylər,
Sanasan, qorxudan büdrədi göylər,
Səsimə səs verib çatan ağladı.
 
Şəhid generalı ağladı elim,
Başına qaralar bağladı elim,
Çağladı Xan Araz, Şah Köndələnim,
Dərdini içinə atan ağladı...


Ana səhifəyə qayıt        Baxış: 5 236          Tarix: 5-08-2020, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma