![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Dünən, 23:11
Dünən, 22:38
Dünən, 20:08
Dünən, 19:25
Dünən, 19:00
Dünən, 17:24
Dünən, 15:51
Dünən, 14:45
Dünən, 09:14
12-02-2025, 23:22
12-02-2025, 23:00
12-02-2025, 20:35
12-02-2025, 19:36
12-02-2025, 17:07
12-02-2025, 15:35
12-02-2025, 14:33
12-02-2025, 13:48
![](/uploads/posts/2020-09/1599834389_trump.png)
ABŞ-ın "Business Insider" portalı məşhur jurnalist Bob Udvardın (Woodward) 15 sentyabrda çıxacaq "Hirs" kitabından bəzi yeni bölümlərini dərc edib.
Ovqat.com-un məlumatına görə, Donald Trampın ABŞ prezidentliyi dövrünün pərdəarxası hadisələrini araşdıran kitabdakı bəzi məlumatlar ciddi rezonans doğurub.
Sızdırılan son məlumat Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətli ilə bağlıdır.
Məlumata görə, ABŞ Prezidenti Tramp həmin hadisə ilə əlaqədar olaraq, vəliəhdi Məhəmməd bin Salmanın “arxasını xilas etdiyini" bildirib.
Tramp bu sözlərlə əslində Səudiyyə Ərəbistanı vəliəhdini ABŞ Konqresinin istintaqından qurtardığına görə öyünüb.
Kitabda hadisə ilə bağlı aşağıdakı ifadələr yer alıb: “2 oktyabr 2018-ci ildə Qaşıqçının öldürülməsindən bir neçə ay sonra Udvard 22 yanvarda İsveçrəyə gedbi və Davos Dünya İqtisadi Forumuna qatılan Trampla görüşüb. Burada o, prezidentə Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna evliliklə bağlı sənədləşmə işləri üçün daxil olan və orada öldürüldükdən sonra cəsədi indiyədək tapılmayan 59 yaşlı “Washington Post”-un jurnalisti Qaşıqçının öldürülməsi ilə bağlı Prezidentə çətin suallar verib.
Trampın cavabı isə özünəməxsus olub. “Bəli, amma İran da hər gün 36 nəfəri öldürür" deyərək söhbətə başlayıb. Beləliklə, Qaşıqçının ilə bağlı suallar verərək söhbəti davam etdirdim və M. bin Salmanın qətldəki rolu barədə nə düşündüyünü xəbər aldım.
“Tramp da “Onun arxasını mən qurtardım ”cavabını verdi. “Konqresi onu rahat buraxmağa inandıran mən idim. Onları dayandırmağı bacardım"”,-Bobun qələmə aldığı kitabda belə deyilir.
Kitabın müvafiq hissəsini əldə edən və xəbəri yayımlamadan əvvəl Ağ Evlə dəqiqləşdirməyə çalışan “Business Insider” əməkdaşına bu barədə heç bir şərh verilməyib.
Bir başqa jurnalist isə bu məsələni Trampın özündən soruşmağa qərar verib.
-“Səudiyyə liderinin arxasını xilas etdim” deyərkən, nəyi nəzərdə tuturdunuz? ”
-"Bunu özünüz düşünün və cavabı tapacaqsınız",-deyə Tramp cavab verib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər