
Xəbər lenti
Bu gün, 19:33
Bu gün, 18:27
Bu gün, 15:37
Bu gün, 13:36
Bu gün, 11:34
Bu gün, 10:06
Bu gün, 09:06
Dünən, 23:00
Dünən, 20:35
Dünən, 18:46
Dünən, 17:30
Dünən, 14:15
Dünən, 13:30

O generalı tapın!
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun Kermlin qarşısında keçirilən 9 may Qələbə paradında gözə dəyməməsi ordu generalı barədə müxtəlif söz-söhbətlərin yaranmasına yol açıb.
Ovqat.com-un məlumatına görə, ukraynalı hərbi ekspert Oleq Jdanov bu “qeybə çəkilişi” Baş Qərargah rəisinin hərbi strukturlara rəhbərlikdən uzaqlaşdırılması ilə əlaqələndirib.
Rusiya hərbi dairələrindəki qaynaqlarına istinad edən ekspertin iddiasına görə, Gerasimovun yerinə daha “şahin” birinin gətirilməsi gözlənilir: “Yeni hərbi lider Rusiya Federasiyasının bütün qoşunlarını təmas xəttində döyüşə atıb, son gücü ilə Ukrayna Silahlı Qüvvələrinə hücum edə bilər”, - Oleq Jdanov “Ukrayna 24” YouTube kanalında müsahibəsində belə deyib.
O, hesab edir ki, bundan sonra Ukraynadakı müharibə daha da şiddətlənəcək və daha qanlı olacaq. Jdanovun fikrincə, genişləndirilmiş hərbi əməliyyatlar yaxın həftələrdə baş verə bilər.
Ekspertin hərbi mənbələrinə istinadən bildirdiyinə görə, ordu generalı Gerasimov verilən tapşırıqları yerinə yetirmədiyi üçün “xüsusi əməliyyat”dan kənarlaşdırılıb.

Oleq Jdanov
Gözlənilən genişləndirilmiş hərbi əməliyyatları Ukrayna savaşının 3-cü dalğası adlandıran Jdanovun fikrincə, indiyədək bu dalğanın həyata keçirilməsinin əlamətləri müşahidə ediməyib: “Avadanlıqların anbardan çıxarılması və gizli çağırış var, amma 10-20-30 minlik ehtiyat qüvvələrinin formalaşmasının təzahürləri hələ də hiss olunmur”.
Bununla belə, o qeyd edib ki, Rusiyanın yenidən qruplaşdırılmış 93 taktiki batalyonu hazırda Ukraynada döyüş xəttindədir, onlardan yalnız 23-ü İzyum istiqamətində cəmləşib.
"Ruslar Severodonetsk və Kramatorski tutmaqla təzyiqi artıra və Xarkov vilayətinin inzibati sərhədlərinə doğru hücumu daha da inkişaf etdirə bilər, bu ehtimal reallığa daha yaxındır və bu istiqamətdə eskalasiya olacaq", - ekspert proqnozlaşdırır.
Jdanovun fikrincə, klassik döyüş qaydalarında 14 gün, uzağı 20 gün bütün gücü ilə döyüşmək nəzərdə tutulur: “Ruslar isə artıq beşinci həftədir ki, son əsgərə qədər döyüşə atılırlar, təki müdafiəmizi qırıb, öz siyasi rəhbərliklərinin, yəni Putinin tapşırıqlarına doğru irəliləməyə çalışsınlar".
Hərbi ekspertin fikrindən belə çıxır ki, Gerasimov da Putinin hərbi qaydalara uyğun gəlməyən bu tələblərini yerinə yetirmədiyi üçün “xüsusi əməliyyat”a rəhbərlikdən uzaqlaşdırılmış ola bilər.

Amma Gerasimovun “qeybə çəkilməsi”nin səbəbi barədə başqa versiyalar da var. Xatırlayırsınızsa, aprelin sonunda onun Xarkov vilayətinin işğal olunmuş ərazilərinə səfər etdiyi və burada Ukrayna Ordusunun hücumuna məruz qaldığı barədə xəbərlər yayılmışdı. Hətta Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirmişdi ki, İzyumda Gerasimovun oturduğu qərargahı rus ərazisində güclü partlayış baş verib və Baş Qərargah rəisinin həmin hücum zamanı öldürülməsi ehtimalı var. Amma sonradan Ukrayna rəhbərliyi və bir sıra xarici kəşfiyyat orqanları bu faktı təsdiqləyən heç bir dəlilin olmadığını bildirmiş, dolayısıyla Geraşenkonun iddialarını şübhə altına almışdılar.
Nüfuzlu “The New York Times” nəşri də Ukrayna və Amerika rəsmilərinə istinadən yazmışdı ki, Ukrayna Silahlı Qüvvələri İzyumdakı rus qərargahını atəşə tutana qədər Gerasimov Rusiyaya qaçmağa nail olub. Bununla belə, onun həmin hadisədən sonra gözə görünməməsi və ən əsası 9 may paradında iştirak etməməsi barəsində dolaşan bəd fikirləri yenidən gündəmə gətirir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar