Xəbər lenti


 

Ötən gün “Kanal-13” “Naxçıvan saatı” verilişində Türkiyə ilə sərhədin bağlanması barədə danışan saytımızın baş redaktoru Heydər Oğuz maraqlı iddialar irəli sürüb.

 

Ovqat.com-un məlumatına görə, şair-publisist Türkiyə ilə sərhədlərin bağlanmasının səbəbini Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun separatçı mövqeyi ilə əlaqələndirib.

 



Onun fikrincə, Türkiyə ilə sərhədi Naxçıvan hakimiyyəti bağlayıb. ““Xan” rejiminin bu addımı atarkən 5 hədəfi olub. İlk məqsəd “müstəqil” yaşamağı test etməkdir”, - deyən H.Oğuza görə, Naxçıvan hakimiyyəti bu qərarla Azərbaycandan ayrılacağı təqdirdə necə yaşaya biləcəklərini yoxlayıb. 

 

İkinci məqsəd, sadə insanların Naxçıvana gətirdikləri malların qarşısını almaq və inhisarçılığa şərait yaratmaqdır.

 

Üçüncü məqsəd, Naxçıvan camaatına Azərbaycan hakimiyytini pis göstərmək və özünə qarşı yönələn ümumxalq nifrətini paxtaxta yönəltməkdir.

 

Dördüncü məqsəd, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq.

 

Beşinci məqsəd isə Naxçıvandan zülmlə çıxarılan insanların geri qayıdışını əngəlləməkdir: “Bilirsiniz ki, bu zamanadək Türkiyə qapısı yalnız Naxçıvandan qaçıb gedənlərin rahatlıqla ölkədən çıxmasına xidmət edirdi. Vasif Talıbov hakimiyyəti ona görə bu qapını açıq saxlayırdı. İndisə Türkiyədə yaşanan iqtisadi böhran Naxçıvanlıları geri qayıtmağa məcbur edir. Sanki Vasif Talıbov da bu tərsinə prosesi dayandırmaq üçün qapı-bacanı bağlayır. Çünki həmin insanların geri qayıtması təkcə “xan”ın 25 illik əməyinin nəticəsini heçə endirmir, həm də narazı kütlənin geri qayıdışı “xan” hakimiyyətinin mövcudluğunu təhdid edir, - Heydər Oğuz deyib.


 

Acınacaqlıdır ki, Naxçıvan hakimiyyətinə bağlı şəxslərin 2 gündür paylaşdıqları statuslar da saytımızın rəhbərinin fikirlərini təsdiqləyir. Məlum olduğu kimi, Naxçıvanda heç bir rəsmi informasiya qurumu və onların rəhbərləri “xan” həzrətlərinin razılığı və əmri olmadan hakimiyyətin istənilən siyasətinə qarşı yazılar paylaşa bilməzlər. İndi isə gəlin, onlardan bəzilərinin sərhədlərin bağlanmasına qarşı etiraz paylaşımlarına nəzər salaq.

 

Sara Əzimova: Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvüdür. Ali Məclisin sədrinin sərəncamı ilə təyin olunur.

 

Paylaşdığı status:



 

“Biz naxçıvanlılar 11 kilometrdən nə qədər güc alırdıq, təsəlli tapırdıq. Müxtəlif bəhanələrlə onu da bizə çox görürlər....”

 

Müzəffər Zəfər: Əsl adı və soyadı - Müzəffər Əsgərov. Naxçıvan MR   Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində baş redaktor.

 

Paylaşdığı status:



 

“Azal 1 ayın içində Naxçıvana və naxçıvanlılara 2-ci zərbəni vurdu. Əvəlcə bilet pulunu qaldırdılar, ardıncada Nazirlər Kabinetinin adından istifadə edərək  Naxçıvanın qurudan yeganə çıxış younu, qardaş Türkiyə ilə aramızda olan yeganə qapını bağladılar. Deməli imkanları olsa Naxçıvana təyyarə də buraxmazlar. Mətin və məğrur naxçıvanlııar bu etinasızlığa susmayın, etirazlarınız onları geri oturda bilər...”

 

Mətin Kamal: Naxçıvan MR Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə redaktor.

 

Paylaşdığı status:

 

“Naxçıvan - Türkiyə quru sərhədinin bağlanması, bir mənalı şəkildə Naxçıvana uzanan qara əllərin, paxıllıq hissinin, kinli şəxslərin, Naxçıvanın inkişafını gözü götürməyən adamların növbəti bir oyunudur.

 

Pandemiya? Nə pandemiya?! Artıq ölkəmizdə xüsusi karantin rejimi belə yumşaldılır. Bu bir bəhanədir. Naxçıvan rəhbərliyi burda çox işlər görüb, qurub-yaradıb. Bu işə kölgə salan adamlar həmişə olub, olacaq da. ( Bütün sahələrdə görülən işlər, əldə olunan uğurlar göz qabağındadır.) Bu da növbəti cəhd. 

 

Bu quru yol vasitəsi ilə minlərlə turist Naxçıvana gəlirdi, Naxçıvanın turizm imkanlarından əcnəbilər rahat şəkildə istifadə edə bilirdilər. Naxçıvanlılar rahat şəkildə İğdıra keçib alış-veriş edə bilirdilər. Naxçıvanda fəaliyyət göstərən sahibkarlar belə Türkiyədən lazım olan məhsulları, avadanlıqları gömrükdən asanlıqla keçirirdilər. Bir sözlə, insanlar dolanırdı. 

 

İndi kimlərinsə bazarı ölüb deyə gülünc bir addım atıb. 290 manatdan 850-1050 manat arası qalxan təyyarə biletləri vətəndaşları çox incidir. Buna bir çarə qılmaq lazımdır. Zəhmət çək qiymətləri yendir. Bazarın ölməsin!!!”

 

Rəmzi Surxayoğlu: Naxçıvan MR Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Baş redaktor.

 

Paylaşdığı status:

 

“Çox qəribədir! Sərin kabinetdə bahalı və rahat kürsüdə əyləşib "öz pəncərədən" baxaraq qərar vermək… Bilirsiniz nəyi deyirəm?! Naxçıvanla qardas ölkə Türkiyə arasında olan yeganə quru sərhəddin GOMRUK Kecid məntəqəsinin bağlanmasini Bilənlər bilirdi, bilməyənlər də öyrənmiş oldu. Amma bilənlərində, bilməyənlərində diqqətinə bir daha çatdırım ki, bu nə Pandemiya, nə də Meymuncicəyinə görə deyil! Bu sadəcə Naxçıvandakı inkişafı, sabitliyi və dünyaya nümunə ola biləcək qərarları həzm edə bilmyən yekə baş və yekə qarınlarin növbəti uğursuz gedisləridir. Burdan onlara demək istəyirəm ki, vaxtları olanda boş başlarındaki papaqlarini qarşılarına qoyub düşünsünlər arada… Son bir neçə gün içərisində biz naxçıvanlılar qarşı atılan ikinci addımdır bu gömrük bağlanması. İlkini AZAL bilet qiymətlərini qaldırmaqla və biabırçı bilet novbələrinilə etdi, ikincisində bu…”

 

Əldə etdiyimiz məlumata görə, AZAL əleyhinə sözlərin arxasında gizlənib əslində mərkəzi hakimiyyətə qarşı səlib yürüşünə keçən və naxçıvanlıların nifrəti paytaxta yönəltməyə çalışan bu məmurlar cəsarətli çıxış əmrini Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynlidən alıblar. “Sosial şəbəkələrdə gur-gur guruldayan bu məmurlar "dirijor çubuğu" ilə "xor oxuyurlar". İndi həmin şəxslərin eyni gündə paylaşdığı statusların məğzinə diqqət yetirəndə vahid mərkəzdən idarə olunduqlarını anlaya bilərik. Sözsüz ki, burada zahiri hədəf AZAL prezidenti Cahangir Əsgərov, əsl hədəf isə respublika rəhbərliyidir. Axı Cahangir Əsgərov kimdir ki, hansısa siyasət müəyyənləşdirə və həyata keçirə?”. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 8 340          Tarix: 4-07-2022, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma