Xəbər lenti


Paşinyanla Putin arasında bu gün telefon danışığı olub.

 

Ovqat.com-un Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, liderlər əsasən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə danışıblar.

 

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə iyulun 6-da Kremldə məlumat verilib.

 

Onlar həmçinin Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpasına toxunublar.

 

Paşinyan Putinə məlumat verib ki, iyulun 1-də Türkiyə və Ermənistan üçüncü ölkə vətəndaşlarının keçidi üçün quru sərhədini açmaq qərarına gəlib. Bundan əlavə, iki dövlət arasında yaxın vaxtlarda birbaşa hava yüklərinin daşınmasına başlamaq barədə razılıq əldə olunub.

 

Maraqlıdır ki, Ermənistan Türkiyə ilə quru sərhədlərini açmağa hazırlaşdığı bir zamanda Azərbaycan qardaş ölkə ilə bu gediş-gəlişləri bağlayıb.




Ana səhifəyə qayıt        Baxış: 5 493          Tarix: 6-07-2022, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma