Xəbər lenti


Vasif Talıbovun müqəddəs yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.

 

Ovqat.com-a bu barədə Azərbaycan DİN Mətbuat Xidmətindən bildirilib.

 

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin bidirdiyinə görə, Naxçıvanın Daxili İşlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir.

 

Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun müqəddəs yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş. 




Ana səhifəyə qayıt        Baxış: 7 916          Tarix: 2-01-2023, 21:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma