Xəbər lenti

   “Son bir həftə ərzində ölkə mətbuatında xaricdə yaşayan soydaşımızın prezidentliyə namizəd olmağı haqqında başlıqla qarşılaşdım. Həmin insanı yaxından tanıdığım üçün facebook səhifəmdə jurnaistlərə müraciət yazdım. Əsl vay-şüvan burdan başladı. Esmira Şükürova adlı jurnalist məni reketçilikdə suçladı. O cümlədən məni xaricdə yaşayan soydaşlarımızdan xərac yığmaqda ittiham etdi”.

Ovqat.com xəbər verir ki, bu açıqlamanı əməkdaşımıza jurnalist Aygün Paşayeva bildirib.

 Aygün xanımın bildirdiyinə görə, Qırqızıstan prezidentliyinə iddialı olan Nüsrət Məmmədovla münaqişələri onun əməlləri barədə facebook səhifəsində paylaşdığı statusundan sonra başlayıb. A. Paşayeva həmin statusunda jurnalistlərə müraciət edərək, Nüsrət Məmmədovun prezidentliyə namizəd kimi çıxış etməsinin sadəcə şəxsi nüfuz qazanmaq və bundan faydalanmaq məqsədi daşıdığını bildirib və əlavə edib ki, o, özünü reklam edən yazılar yazdırarkən qələm sahiblərinə qonorar boyun olsa da, sözünü yerinə yetirmir: “Qısası, bu adam yaxşılıq bilən deyil və gördüyünüz işin müqabilində heç qəpik belə (manatdan danışmağa dəyməz!) verəsi deyil. Bura qədər qeyd etdim, gerisini özünüz bilərsiniz...” (Statusdan seçmə).

 

Maraqlıdır ki, Aygün Paşayevanın bu statusuna cavab bir başqa jurnalistdən gəlib. Esmira Şükürova adlı jurnalist öz həmkarını reketçilikdə günahlandırıb. Təbii ki, Aygün xanım da bu ittihama cavabsız qalmayıb. O, saytımıza açıqlamasında deyib:

“Birincisi, “reket” ifadəsi məhkəmə hökmündən sonra işlədilə bilər. İkincisi, ölkədə fəaliyyət göstərən media vasitələrinin 90 faizi özəl müəssisədir. Yəni biz reklam və yaxud kiminsə yazısını yayımlamış olarıqsa, mütləq şəkildə ödəniş almalıyıq. Hətta xatırlayırsınızsa, cənab Prezident İlham Əliyev də ötən il “AzərTac”ın təsərrüfat hesabıyla çalışmasına rəsmən fərman verdi”.

  Aygün Paşayeva Qırğıstan prezidentliyinə namizəd kimi çıxış edən Nüsrət Məmmədovla Esmira Şükürovanın “müttəfiqlik”lərinə də aydınlıq gətirib. Onun bildirdiyinə görə, 70 yaşlı jurnalisti bu “müttəfiqliyə” həvəsləndirən də elə Nüsrət Məmmədovun yağlı vədləridir.

Qeyd edək ki, Qırqızıstanda yaşayan Nüsrət Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidentidir. Aygün xanımın fikrincə, onun yaratdığı təşkilatın adının bu qədər təmtəraqlı olması da səbəbsiz deyil: “Məqsəd, ünsiyyətdə olduğu insanları daha rahat aldada bilməsidir”.

 Həmsöhbətimizin fikrincə, bu iki adam əlbir olub aldatdıqları şəxsləri şantaj etməkdən çəkinmir, bəzi saxta profillər vasitəsilə rəqib gördükləri tərəfə qarşı təhqir kampaniyası aparır və onların hədəf seçdikləri şəxslərdən biri də məhz Aygün xanımdır:

“Nüsrət Məmmədovun yaxşılıqlara pisliklə cavab verməsi dəfələrlə subut olunub. Yəni bu adam üçün şər-böhtan yazmaq çox asandır. Biz jurnalistlər dəfələrlə N.Məmmədovun şikayətini təmannasız dərc etməyimizə baxmayaraq, o bizə yuxarıdan aşağı baxır. İşi düşəndə isə bizimlə dost olur. Facebookda saxta profil altında məni təhqir etdirir. O cümlədən E.Şükürova adlı qadınla birləşib mənə hədə-qorxu gəlir. Məni məhkəmə ilə hədələyirlər. Məgər, mən bəziləri kimi dövlətin əleyhinə donos yazmışam ki, məhkəmədən qorxam?!  N.Məmmədovun necə birisi olduğunu çox gözəl bilirəm və dərinliklərə getmirəm. Məni buna məcbur etməsinlər”.

Haqqında danışdığı bu iki adamın öz cılız məqsədləri naminə Azərbaycan dövlətinin Qırqızıstandakı səfirliyinin işini  zərərə uğratdıqlarını bildirən Aygün xanım, buna misal olaraq, səfir Hidayət Oruc barədə aparılan qarayaxma kampanıyasını göstərdi:

“Görünür, qarayaxma kampaniyasının məhşur rejissorları dövlətin rəsmi təmsilçisi səfir Hidayət Orucovdan sonra mənimlə bağlı ssenari üzərində işləyirlər”.

Həmsöhbətimiz saytımız vasitəsilə dövlət rəsmilərinə üz tutaraq bildirdi: “Məni N.Məmmədov və Esmira Şükürova adlı insanların şər-böhtanından xilas edin!”




Ana səhifəyə qayıt        Baxış: 2 238          Tarix: 20-07-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma