Xəbər lenti
 Fransada keçirilən prezident seçkilərinin nəticələrindən dərhal sonra çıxış edən namizədlər və bir sıra digər rəsmi şəxslər seçiciləri mayın 7-ə təyin olunmuş prezident seçkilərinin ikinci turunda «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verməyə çağırıblar.
"Report"un Fransa bürosu xəbər verir ki, seçicilərin 19 faizinin səsini toplayaraq II tura çıxa bilməyən sağ mərkəzçi «Respublikaçı» partiyasından prezidentliyə namizəd Fiyon çıxışında seçiciləri Milli Cəbhə partiyasının lideri Mari Le Penə səs verməkdən imtina etməyə çağırıb. O, özünün «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verəcəyini bildirib.
Sosialist partiyasından olan və növbəti tura keçə bilməyən Benua Omon, həmçinin Fransanın baş naziri Bernar Kaznöv də çıxışlarında seçiciləri Emmanuel Makrona səs verməyə səsləyiblər.
Seçkilərin II turuna keçən Emmanuel Makron özü isə I turdakı qələbəsini Fransa tarixində yeni səhifənin açılması kimi qiymətləndirib.
Qeyd edək ki, Milli Cəbhə partiyasının lideri Mari Le Pen seçki kampaniyası, o cümlədən seçkilərin gedişi zamanı bir sıra rısklərlə üzləşməsinə baxmayaraq, növbəti tura keçməyə nail olub. O, çıxışında seçiciləri Fransua Ollandın "davamçısı"nı məğlub etməyə və beləliklə Fransa xalqını xilas etməyə çağırıb.
Yüzlərlə gəncin seçkilərin nəticələrindən dərhal sonra toplaşdığı «Bastiliya» meydanında Mari Le Penə qarşı etiraz aksiyası başlayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 291          Tarix: 24-04-2017, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma