Xəbər lenti


 

“Əgər Qafan şəhəri ərazisindən Azərbaycan vətənadaşları üçün hər hansı dəhliz və ya yol ayrılsa, mən heç kimin təhlükəsizliyinə zəmanət vermirəm”.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın Qafan şəhərinin meri Gevorq Parsyan yerli media nümayəndələrinin suallarını cavablandırarkən belə deyib.

 

O, jurnalistlərə açıqlamasında vurğulayıb ki, Bakı ilə danışıqlar zamanı hansı məsələlərin müzakirə olunduğunu bilmir. Yalnız onu bilir ki, Qafanda təhlükəsizlik vəziyyəti ciddi və gərgin olaraq qalır. O həmçinin bildirib ki, 2022-ci il sentyabrın 13-14-də baş vermiş qarşıdurmalardan sonra Ermənistan-Azərbaycan sərhədində heç bir dəyişiklik olmayıb.

 

Azərbaycanın Zəngəzurla bağlı iddialarına münasibət bildirən mer qeyd edib ki, Azərbaycan prezidentinin açıqlamaları ciddi narahatlıq doğurur. “Əliyevin nə deməsindən asılı olmayaraq, biz regionumuzu yaşamaq, yaratmaq və inkişaf etdirmək əzmindəyik”, - Parsyanın sözlərinə görə, “ermənilər üçün geriyə addım yoxdur”. “İstənilən halda, hər hansı təcavüz olarsa, onlar döyüşməyə hazırıq”.

 

O, rayonda kommunikasiya ilə bağlı vəziyyəti şərh edən meri onu da qeyd edib ki, Tatev-Kapan alternativ yolu keçmək çətindir və yük maşınları üçün nəzərdə tutulmayıb, bu səbəbdən xüsusilə qışda tıxaclar çox olur. Onun sözlərinə görə, hazırda xüsusilə yük maşınları üçün alternativ marşrutlar hazırlanır. Parsyan 2020-ci il müharibəsindən sonra bölgəyə gələn turistlərin sayında azalma olduğunu da bildirib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda verdiyi müsahibələrdən birində Zəngəzur dəhlizinin 2024-cü ildə açılacağını bəyan etmiş və Ermənistanın bu prosesin qarşısını almaq gücündə olmadığını vurğulamışdı. Azərbaycan liderinin fikrincə, bu, beynəlxalq layihədir və belə məsələlərdə İrəvanın rəyi soruşulmur: “Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 152          Tarix: 15-01-2023, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma