![](/templates/Wmediat51/images/vetendash.jpg)
Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Ovqat.com Fransanın Avropa və Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər Laçın dəhlizini müzakirə ediblər.
Məlumata görə, həmsöhbətlər Qarabağ əhalisinin blokada şəraitində qalmasının ciddi humanitar nəticələrə gətirib çıxaracağından narahatlıqlarını və bunun qəbuledilməz olduğunu bildiriblər: “Fransa və ABŞ [Ermənistanın baş naziri Nikol] Paşinyan və [Azərbaycan prezidenti] İlham Əliyevlə təmaslar yolu ilə bu vəziyyətə son qoymaq üçün birlikdə çalışacaqlar”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, ABŞ və Fransa diplomatlarını narahat edən məsələnin həlli İrəvandan asılıdır. Əvvəla, İrəvan 9 noyabr razılaşmasında üzərinə götürdüyü kommunikasiyarın qarşılıqlı açılması öhdəliyinə əməl etməli və Zəngəzur dəhlizini də qeyd-şərtsiz açmalıdır. İkincisi, Paşinyan Brüssel görüşündə hər iki tərəfin ərazi bütövlüyünə hörmət etməli olduğuna dair razılığa gəldiyini xatırlamalı və Qarabağ ərazisində mədənlərin istismarına son qoymalıdır. Məhz bu iki addımdan sonra münasibətlərin normallaşdırılmasından və kommunikasiyaların açılmasından söhbət gedə bilər.
Paylaş: