Xəbər lenti
27-11-2024, 19:25


Ermənistan hakimiyyəti ölkə əhalisini sülhə hazırlayır.

 

Ovqat.com-un məlumatına görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məqsədlə ölkə jurnalistlərini sülhün bərqərar olması işinə qoşulmağa çağırıb.

 

“Hamınızdan xahiş etmək istəyirəm ki, hazırkı hakimiyyəti tənqid etməyə və ya hər hansı müdaxiləyə deyil (buna nə vaxtsa seçki keçirməklə gedəcəyik), Ermənistanda sülhün bərqərar olmasına diqqət yetirin”.

 

Spiker qeyd edib ki, bu gün hamıya, o cümlədən İrəvana sülh lazımdır.

 

Jurnalistin “nəyin bahasına sülh” sualına qəzəblənən Simonyan cavab verib ki, ermənilər artıq bütün bədəlləri ödəyiblər, “bundan daha çox ödəməli olduğunu” düşünmür.

 

Simonyanın xahişinə geri çevirən jurnalist ona “Vətənin bir hissəsini düşmənə tapşıraraq başqa bir hissəsində dinc yaşaya bilərikmi” sualı yönəldib. Simonyan isə öz növbəsində bildirib ki, “Vətən” çox mücərrəd anlayışdır: “Adana, Qars, Artsax sənin vətəndir?” İndi sual verirəm: Van, Muş, Ərzurum bizim vətənimizdir, ya yox? Cavab ver, niyə susursan?”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 097          Tarix: 27-10-2023, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma