“Qorxu İrəvanı Bakının tələblərinə boyun əyməyə vadar edəcək”.
Ovqat.com-un məlumatına görə, “kölgə CIA” kimi tanınan “Stratfor” analitik mərkəzinin situativ hesabatında bu barədə deyilir.
Hesabatda vurğulanır ki, Nikol Paşinyan Tavuş sakinləri ilə söhbətində kəndlər Azərbaycana qaytarmadığı təqdirdə bu həftənin sonunda yeni müharibə təhdidi ilə üzləşə biləcəklərini istisna etməyib. Sənədin müəlliflərinin fikrincə, Paşinyanın “qaçılmaz müharibə” ehtimalı ilə bağlı bəyanatı mübaliğə ola bilər, amma bu, ermənilərin Azərbaycanın hərbi əməliyyatlarından qorxduğunu göstərir və bu qorxu “çox güman ki, İrəvanı Bakının tələblərinə boyun əyməsi ilə nəticələnəcək”.
Ermənistanın dörd kəndi nə qədər tez geri qaytaracağının bəlli olmadığı vurğulanan hesabatda bildirilir ki, erməni tərəfinin bu addımları “sərhədlərin delimitasiyası işində əhəmiyyətli irəliləyişlərə işarədir”.
“Stratfor” analitiklərinin fikrincə, “İrəvan Azərbaycan qoşunlarının 2022-ci ildə “işğal etdiyi” təxminən 200 kvadrat kilometrlik Ermənistan ərazisindən çıxarılması üçün dörd kəndi dəyişməyə ümid etdiyindən bu addım Ermənistanda mübahisə doğuracaq. Bununla belə, İrəvan çox güman ki, sülh sazişi çərçivəsində sərhədin demarkasiyası başa çatdıqdan sonra Azərbaycanın həmin əraziləri tərk edəcəyinə inanır.
Paylaş: