Xəbər lenti

 

Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın tapşırıqlarıa Naxçıvan MR Səlahiyyətli Nümayəndəliyində məhəl qoyulmur.

 

Ovqat.com-un məlumatına görə, bir müddət əvvələ qədər Naxçıvan şəhər İcra Hakimiyyətində müavin vəzifəsində işləyən və işindən qanunsuz olaraq uzaqlaşdırılan Səfər Əhmədovun Prezident İlham Əliyevə ünvanladığı məktubunda belə iddia olunur.

 

Məktubda iddia olunur ki, şikayətçinin 30 yanvar və 24 fevral 2024-cü il tarixində Mehriban Əlyevaya ünvanladığı müraciətlər, Birinci Vitse Prezident tərəfindən aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə göndərilib: “Buna baxmayaraq həmin orqan tərəfindən müraciətlərimin nəticəsinə dair hələ də mənə hər hansı şifahi və ya yazılı məlumat verilmir. Hesab edirəm ki, bu məsələyə konkret olaraq laqeyd münasibət bəslənilir və yaxud Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın tapşırıqlarına səlahiyyətli nümayəndəlikdə kimlərsə tərəfindən məhəl qoyulmur”.

 

Bir nüsxəsi də redaksiyamıza göndərilən məktubu olduğu kimi dərc edirik:     

 

                        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ( https://president.azsaytına ),

                                               

                    Surəti:    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə

 

Möhtərəm cənab Prezident!

 

30 yanvar və 24 fevral 2024-cü ildə Birinci vitse-prezident, cox hörmətli Mehriban xanım Əlyevaya ünvanladığım müraciətlər, Mehriban xanım tərəfindən aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə göndərilmişdir.

Buna baxmayaraq həmin orqan tərəfindən müraciətlərimin nəticəsinə dair hələ də mənə hər hansı şifahi və ya yazılı məlumat verilmir. Hesab edirəm ki, bu məsələyə konkret olaraq laqeyd münasibət bəslənilir və yaxud Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın tapşırıqlarına səlahiyyətli nümayəndəlikdə kimlərsə tərəfindən məhəl qoyulmur.

 

Müzəffər Ali Baş Komandan!

 

Sizdən çox xahiş edirəm bu barədə müvafiq orqana lazımi göstəriş və tapşırıqlarınızı verəsiniz.

 

Cənab Prezident, Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

 

Allah Sizləri qorusun !

 

Əhmədov Səfər Siyafər oğlu,

 

Azərbaycan Respublikası, 

 

Naxçıvan Muxtar Respublikası,

 

Naxçıvan şəhəri.




Ana səhifəyə qayıt        Baxış: 5 951          Tarix: 28-03-2024, 08:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma