Xəbər lenti

İran hərbçiləri tərəfindən Hörmüz boğazında saxlanılan “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq.

“Report” İran KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.

“Gəmi heyətinin buraxılması ilə bağlı humanitar məsələni ciddi şəkildə nəzərdən keçiririk. Onların ölkələrinin Tehrandakı səfirlərinə bildirmişik ki, ekipaj üzvlərinin konsulluq xidmətlərindən istifadə etmək imkanı var. Onlar azad edilərək ekstradisiya olunacaqlar”, - o bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında konteyner gəmisi ələ keçirib. Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferin sahib olduğu “Zodiac Maritime” şirkətinə məxsusdur.




Ana səhifəyə qayıt        Baxış: 3 180          Tarix: 27-04-2024, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma