Xəbər lenti

 

“Sionistlərin region ölkələrindəki diplomatik mərkəzlərindən birini, ən yaxşısı, Azərbaycandakı səfirliyini açıq və birbaşa hədəfə almaqla İsrailə cavab verməyi təklif edirəm”.

 

Ovqat.com-un məlumatına görə, İran parlamentinin sabiq üzvü Cəlal Rəşidi Koçi İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumla bağlı paylaşımında bu təklifi irəli sürüb.

 

Deputat “X” sosial şəbəkəsindəki səhifəsində onu da bildirib ki, “sionistlərin İran torpağına hərbi hücumuna istənilən başlıq altında qəti və bənzər cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adına, nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir”.

 

Qeyd edək ki, dünən İranın Dəməşqdəki səfirliyi hücuma məruz qalmış və nəticədə 11 nəfər həyatını itirmişdi. Səudiyyə Ərəbistanına məxsus "Al Hadath" telekanalının məlumatına görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır. 

 

SEPAH hücumun İsrail tərəfindən həyata keçirildiyi və öldürülən 7 hərbçidən 2-nin general olduğunu iddia edir.

 

Şəkildə: öldürülən SEPAH yetkililərindən biri: general-mayor Məhəmməd Rza Zahidi


İranın Dəməşq səfiri Hüseyn Əkbəri hadisə ilə bağlı açıqlamasında bildirib ki, hücum İsrailə aid F-35 təyyarələrindən atılan 6 raketlə həyata keçirilib. O, həmçinin ölkəsinin bu hücumuna “tez, birbaşa və güclü” cavab verəcəyini də sözlərinə əlavə edib.

 

Təsdiqini gözləyən digər məlumatlara görə, hava hücum SEPAH rəsmilərinin Hizbullah nümayəndələri ilə görüşdüyü zaman baş verib və görüşdə İsrailə qarşı necə mübarizə aparılması müzakirə olunurmuş. 

 

İranın Suriyadakı ən qorunaqlı yerində keçirilən toplantının İsrail tərəfindən xəbər tutulması təhlükəsizlik sisteminin zəifliyini göstərir. Tehranın bu eyibini ortadan qaldırmaq əvəzinə Azərbaycandakı hansısa məkanı hədəf almaq barədə düşünməsi əqli qabiliyyətini itirməsi anlamına gəlir. 




Ana səhifəyə qayıt        Baxış: 5 209          Tarix: 2-04-2024, 08:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma