Şəkildə: (CENTCOM) komandanı general Maykl Korella
İranın İsrailə gözlənilən hücumu sabah (08.05.2024) reallaşa bilər.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın “Axios” öz mənbələrinə istinadən bu barədə bildirib.
İddia olunur ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Korella vəziyyəti sakitləşdirmək üçün dünən (şənbə) bölgəyə gəlib. CENTCOM komandirinin səfər çərçivəsində İsrail və İran arasında gərginliyi azaltmağa çalışacaq.
“Axios” general Maykl Korellanın bölgəyə səfərinin İsrail, İran və Hizbullah arasındakı son gərginlikdən əvvəl planlaşdırıldığını vurğulayıb. Nəşrə açıqlama verən adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, generalın bu səfərdən “İsraili apreldə İranın hücumundan müdafiə edən eyni beynəlxalq və regional koalisiyanı aktivləşdirmək” üçün istifadə edəcəyi gözlənilir.
“Axios”-a inansaq, ABŞ rəsmiləri İranın cavab tədbirinin “aprel hücumu ilə eyni miqyasda” olacağını ümid edirlər, “lakin çox güman ki, bu hücum daha genişmiqyaslı olacaq və Hizbullah da hücuma qoşulacaq”.
Paylaş: