![](/templates/Wmediat51/images/vetendash.jpg)
Şahin Nəcəf
Savad, təcrübə, əkinçilik ənənələrinə sahiblik nəzərə alınmaqla işi iş bilənə tapşırmaq lazımdır.
Sovet dönəmində kəndlərin inkişafı sovxoz və kolxozların üzərindən oldu. Sovxoz ve kolxozların emal müəssisələri, şərab və konserv zavodları, elmi labarotoriyaları, cay fabrikaları, texnika parkları, kitabxanaları və s varıydı. Kənd də ali təhsil alan hər kəs ücün - texnoloq, şərabçı, mühəndis , aqronom, baytar, iqtisadçı , hüquqşünas, kitabxanaçı və s. iş yerləri varıydı. Kənd də fəaliyyət göstərən müəssisələr 10-15 respublikaya məhsul satırdı.
Sovetlər dağıldı , sovxoz və kolxozlar ləgv edildi, torpaq islahatı həyata kecirildi. Amma müstəqil Azərbaycanın kənd - inkişaf konsepsiyası işlənib hazırlanmadı. Bu günə kimi yalnız uğursuz eksperimentlər həyata keçirməklə məşğuluq .
Nə etməli, nədən başlamalı ?
İlk öncə Kənd Təsərrüfatı nazirliyi portfelsiz nazir statusundan səlahiyyətli nazirlik statusuna keçirmək lazımdır.
KTN əsasnaməsində nə yazılıb?
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirməklə məşğul olmalıdır!
Bu gün KTN isə subsidiyaların verilməsindən başqa demək olar ki, hec bir faydalı işlə məşğul olmur. KTN-nin qanunla nəzərda tutulmuş bütün səlahiyyətləri və fəaliyyəti məhdudlaşdırılıb. Səriştəsiz və təcrübəsiz KTN-nin rəhbərliyi isə “az aşım ağrımaz başım” prinsipini əldə rəhbər tutub, deyəsən öz səlahiyyətsiz vəziyyətindən məmnun görünür.
Qida, meliorasiya, fitosanitar və digər sahələr əlindən alınmış KTN-dən kim nə tələb edə və ondan nə gözləyə bilər?
Üstəlik, H. Əliyev demiş, ömründə bir ağac əkməmiş , kənd təsərrüfatına heç bir dəxli olmayan insanların rəhbər vəzifələrə təyinatı da bu sahəni uçurumun kənarına gətirib.
Yeni təyin edilən kadrların ən böyük problemi odur ki, bu insanlar dövlət təfəkkürünə yox, şirkət təfəkkürünə malikdirlər. Bütün fəaliyyətləri , qəbul olunan qərar və göstərişlər, dövlət güzəştləri, ucuz kreditlərə çıxış imkanları əsasən məmur - oliqarxlara məxsus böyük təsərrüfatların inkişafına yönəlikdir. Halbuki, əhalinin 34-38 % kənd rayonlarında yaşayırlar və ailə-kicik təsərrüfatlarda calışırlar . Və ailə-kicik təsərrüfatlar kömək və inkişafı bir yana qalsın , məhv edilməsi ücün hər şey etdilər. Qışlaq və yaylaq sahələri fermərlərin əlindən allndı. Bələdiyyələrin örüş , otlaq sahələri də alınaraq yerlərində məmur - aliqarxların maraqlarını ifadə edən 54 Aqro Park yaradıldı. Hər bir Aqro Parkın da 600-700 ha ərazini əhatə etdiyini nəzərə alsaq ailə - kicik təsərrüfatlara məxsus heyvandarlıq sahələrinin hələ də var olmasına heyrətlənməliyik.
İxtisaslaşmış böyük təsərrüfatların olmasına etiraz etmirik. Amma bu, ailə - kicik təsərrüfatların məhv edilməsi hesabına olmamalıydı. Əksinə, ailə - kicik təsərrüfatların birləşdiyi orta ölçülü istehsal kooperativlərinin yaradılmasına və dəstəklənməsinə çalışmaq lazımıydı.
Unutmayaq ki, dünyadakı bir cox korporasiyalar kicik ailə biznesindən başlayıb . Elə istifadə etdiyimiz Facebook da Mark Zukerberqin Harvarddakı yataqxana otagından başlamışdı.
Vətəndaşın ziyanı dövlətin cibində olmalıdır.
Bölgələrə qoyulan sərməyə dövlətin güzəştləri və təminatı altında olmalıdır. Kənd rayonlarından şəhərə köç edənlərin kasıb qismi cörək dalınca gedirsə , varlı qismi də məmur açgözlüyü və özbaşınalıgından gizlənmək ücün tərk edir.
Azərbaycan Cənubi Qafqazda şirinin su ehtiyyatının cəmi 10-12 % malik olmaqla ən az şirin su ehtiyyatlara malik dövlət olduğunu nəzərə almaqla örüş sahələri hesabına əkin sahələrini artırmaqdan imtina edilməlidir. Məhsul artırımı, növbəli əkin şərt olmalıdır. Su qıtlıgı yaşayan fermer 20 ha əkib 8-10 ton taxıl yıgması əvəzinə 10 ha əkib 50 ton taxıl yıgması daha məqbul olmazmı? O zaman həm dövlət qazanar , həm də kəndli. Dincə qoyulan torpaqlara da subsidiya verməklə fermerləri növbəli əkinə təşviq etmək olar.
A-dan Z-yə , torpaqdan bazara , istehsalatdan marketlerə qədər işlək dəyər zənçiri formalaşdırlmalıdır. Bazar qorunmalıdır. Kənd təsərrüfatı məhsulları yalnız bahalaşanda müzakirə edilməməlidir. Həm də dəyərindən ucuz satılanda narahat olmaq lazımdır.
Bütün rayonlarda Şəmkir Səbət bazarı kimi müasir topdan satış bazarları inşa edilməlidir.
Rayon kənd təsərrüfatı idarələrinin imkanları maksimum artırılmaqla fermerlərin ən yaxın dostuna və məsləhətçisinə çevrilməsinə çalışmaq lazımdır. Xaricə mal satışı, marketlərə giriş, bank kreditlərinə zəmanəti bu idarənin səlahiyyətinə vermək lazımdır.
Yaşadığı ortam insanın xöşbəxt olmasında 12-14 % rol oynayır. Asfalt və işıqlı yollar, müasir sosial obyektlər, istehsal müəssiələri, normal idarəçiliyi olan qəsəbə tipli kəndlərimizin olması da şərtdir.
Əks halda yol yox, təhsil yox, səhiyyə yox, qazanc yox və Xudayar bəylərin at oynatdığı bir kənddə insanı niyə yaşamalıdır ki?..
Unutmayaq ki , kənd yalnız kartof yetişdirmir . Kənd həm də insan yetişdirir. Şəhər də yalnız kartof yemir, həm də insan yeyir.
Paylaş: