Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Yaponiyanın Fövqəladə Hallar və Yenidənqurma naziri Masahiro İmamura istefa verib.
Ovqat.com xəbər verir ki, naziri bu addımı atmağa vadar edən bir neçə gün öncə ağzından qaçırtdığı ifadələr olub.
Nazir çıxışlarının birində 2011-ci ildə ölkənin şimal-şərqində baş verən zəlzələ və sunami fəlakətini yad edərkən “Zəlzələnin, şimal-şərq bölgəsində baş verməsi yaxşı oldu. Paytaxt bölgəsinə daha yaxın bir yerdə olsaydı, daha böyük ziyan meydana gələrdi”-deyib.
İmamuranın bu sözləri yapon cəmiyyətində birmənalı qarşılanmayıb. Cümlənin “yaxşı oldu” hissəsini əsas gətirən müxalif qüvvələr naziri ciddi tənqid atəşinə tutublar. Nəticədə çarəni istefa verməkdə görən İmamuranın bu addımı da müxalifləri qane etməyib. Ana müxalət partiyasının (Demokrat Partiyası) sədri Murata Renho təkcə bir nazirin istefaya getməsiylə japon xalqının incimiş ruhunun sakitləşməyəcəyini, ağzının danışığını bilməyən naziri o yerə təyin edənlərin də məsuliyyət daşıdığını bildirib.
Maraqlıdır ki, Yaponiyanın baş naziri Şinzo Abe də müxalifətin bu iradıyla razılaşıb və həqiqətən də özünün məsuliyyət daşıdığını qəbul edib. Buna görə də xalqdan bir daha üzr istəyən baş nazir deyib: "Hökumət olaraq zəiflədiyimizlə bağlı edilən tənqidləri ciddiyə alıram."
Xatırladaq ki, 11 Mart 2011-ci il tarixində Yaponiyanın şimal-şərqində meydana gələn, 18 min adamın ölümü ilə nəticələnən 9 bal gücündəki zəlzələ və ardından qopan tsunami Fukuşimadaki atom elektrik stansiyasında radioaktiv sızıntıya yol açmışdı. Sızıntı Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olmuş, bölgədən 160 min adam evakuasiya edilmişdi.
Nazir isə, görünür, həmin zəlzələnin paytaxta yaxın bölgədə baş verərdisə, daha ciddi itkilərin yaşanacağını vurğulamaq istəyib. Amma cümləni yaxşı qura bilmədiyinə görə həm özünün, həm də təmsil olunduğu hakimiyyətin dayaqlarını laxladıb.
Yaponiyadan Azərbaycana baxanda həftə səkkiz mən doqquz skandal yaradan çıxışlarıyla ölkəni silkələyən Hadi Rəcəbli, Arif Rəhimzadə, Araz Əlizadə kimi deputatların hələ də kreslolarını qorumaları, hökumətin isə bu skandallardan zərrə qədər narahat olmaması böyük təzad kimi görünür. Heç olmasa, bundan sonra hörmətli deputatlarımız və onların hamiləri yapon nazirinin və hökumətinin adi bir söz qarşısında necə bədəllər ödədiklərindən ibarət dərsi çıxartsınlar.

Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar