GünAzTV: İranın Şiraz şəhərində hakimiyyətə qarşı keçirilən son etirazlarda dinc aksiaçılara qarşı zorakılıq və repressiyalarda iştirak edən icra hakimiyyətinə məxsus avtomobilə od vurulub.
Hadisə, yanvarın 21-i gecə saatlarında baş verib. Ölkəyə hakim molla rejiminin dinc müxaliflərə qarşı zorakılığından boğaza yığılan naməlum etiraçılar, gecə qaranlığından istifadə edərək, küçədə park olunmuş icra hakimiyyətinə məxsus avtomobilə od vurublar.
Etirazçı gənclər, avtomobili yandırdıqdan sonra hadisə yerindən qaça biliblər. Şiraz icra hakimiyyəti baş vermiş olayla bağlı hər hansı bir məlumat yaymayıb.
Xatırladaq ki, son həftələrdə İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.
Tutulanlardan isə ən azı 11-i İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.
“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.
Paylaş: