ABŞ-ın “BuzzFeed” saytı 2016-cı ilin iyununda Donald Trampın oğlu ilə ruslar arasında görüşdən sonra həyata keçirilən maliyyə əmliyyatlarının incələndiyini xəbər verib.
Xatırladaq ki, həmin ilin iyunun 9-da baş tutan görüşdə, Ağalarovlar ailəsini ABŞ-da təmsil edən Nataliya Veselnitskaya ilə bərabər Rusiya tərəfdən “Crocus Group”un vitse-prezidenti İrakli Kaveladze, hərbi kəşfiyyatçı Rinat Axmetşin,həmçinin tərcüməçi Anatoli Samaroçnı iştirak ediblər. Trampı isə eyni adlı oğlu, kürəkəni Cared Kuşner və həmin vaxt seçki qərargahının keçmiş rəhbəri Pol Manafort təmsil edib. ABŞ mətbuatının yazıdğına görə, görüş zamanı Veselnitskaya Donald Trampın əsas rəqibi Hillari Klintonla bağlı kompromat xarakterli materiallar verib.
“Sənədlər göstərir ki, Vladimir Putinə və Donald Trampa yaxınlığı ilə bilinən Araz Ağalarov bütün bu geniş maliyyə şəbəkəsinin mərkəzində olub, həmçinin özü, oğlu və “Trump Tower”dəki görüşdə iştirak edənlər üçün xarici hesablardan pul köçürülməsini təşkil edib”, - məqalə müəllifləri Entoni Kormyer və Ceyson Leopold yazır.
Federal orqanlardan “BuzFeed”ə verilən məlumata əsasən müstəntiqlər diqqətlərini şübhəli hesab etdikləri iki tranzaksiyaya yönəldiblər. Bunlardan biri həmin görüşdən sonra, ikincisi isə 2016-cı ilin noyabrındakı seçkilərdən sonra baş tutub.
“İlk seriya 2016-cı ilin iyunun 20-də həyata keçirilib. Həmin vaxt Ağalarova məxsus ofşor şirkəti özünün Nyu-York bankındakı şirkət hesabına 19,5 milyon dollar pul köçürüb. İkinci axın isə həmin ilin noyabrında, seçkilərdən sonra başlayıb. Ağalarovlar ailəsi Rusiyadakı bankdan milyarderin oğlu Emin Ağalarovun və iki dostunun Nyu-Cersidəki hesabına 1,2 milyon dollar pul yatırıb.
“BuzzFeed” həmin hesaba (Nyu-Cersi) 2015-ci ilin yayından heç vaxt pul gəlmədiyi, lakin birdən birə seçkidən sonra belə məbəğin köçməsinin müstəntiqlərdə şübhə oyatdığını yazıb.
Seçkidən sonra Nyu-Cersidəki hesaba yatırılan pullar Ağalarovların “Tramp Tauer”dəki təmsilçisi İrakli Kaveladzenin şirkətlərinə ötürülüb. Məhz Kaveladze Emin Ağalaroviun britaniyalı agenti Rob Qoldstoun vasitəsilə görüşün Trampın məkanında keçrilməsini təklif edibmiş.
Soldakı Rob Qoldstoun
ABŞ hüquq mühafizə orqanları bu cür qəribə pul köçürmələri ilə Rusiyanın ABŞ-dakı siyasi prosesə müdaxiləsini necə maliyyələşdirildiyi üzərində baş sındırırlar.
Məqalədə bu ərtaflı təsvir olunub:
“Trump Tower-dəki görüşdən 11 gün sonra Araz Ağalarov “Silver Valley Consulting” adlı şirkətin köməyi ilə çoxmilyonlu pul köçürməsi yerinə yetirib. Müstəntiqlər burada şabhəli məqamlaırn olduğunu qeyd edirlər. Belə ki, “Silver Valley” dünyada çirkli pulların yuyulması və vergidən yayınmaq üçün sığınacaq məkanı sayılan Britaniya Vircin adalarında “poçt qutusu” hesab olunur. 2016-cı ilin iyunun 20-də “Silver Valley” “Societe Generale Suisse” bankının Sürixdəki hesabından Ağaalarovun ABŞ-da “Morgan Stanley” bankındakı hesabına 19,2 milyon dollar pul köçürüb.
ABŞ bank müfəttişləri “Silver Valley”in 2012-ci ildə vergidən yayınan və dövlət əmlakını soymaqda şübhəli bilinən bir rusiyalı iş adamından 900 min dollar, növbəti ildə isə Rusiyanın pul yuma sxemində iştirakçısı olmaqda şübhələnən digər bir şəxsdən iki dəfə pul aldğını müəyyən ediblər.
Seçkilərdən 13 gün sonra isə Ağalarovların Rusiyadakı hesablarında Nyu Cersidəki hesaba 19 köçürmə gerçəkləşdirilib. "TD Bank"da açılan həmin hesaba 2015-ci ilin yayında cəmi 200 dollar pul olub. 2016-cı ilin noyabrından 2017-ci ilin iyununa qədər isə bu rəqəm 1,2 milyon dollara qədər artıb.
Məqalədə noyabrdakı pul köçürmələrinin yuxarıda adı çəkilən İrakli Kaveladzeyə məxsus “Corsy International” şirkətinə yönləndirildiyi vurğulanır.
İrakli Kaveladze
“Corsy İnternatioonal” isə Hudzon çayı sahilində olduqca kiçik bir ofisdə yerləşir. Müstəntiqlər həmin kiçik ofisdə Kaveladze, Ağalarovlar və digər partnyorlara məxsus 8 şirkətin olduğunu aşkar ediblər.
“Sənədlər onu göstərir ki, həmin pul köçürmələrininçoxu 2016-cı ilin iyununda məlum görüşüdə vasitəçilik etmiş, musiqi prodüseri Rob Qoldstouna məxsus “Oui 2 Entertainment” və Kaveladzenin “Corsy international” şirkətinin payına düşür. Bank müffətişləri bunu da şübhəli sayır. Çünki “Corsy” idxal-ixracla məşğul olan, “Oui 2” isə musiqi şirkəti sayılır. Belə şirkətlər arasında pul tranzaksiyalaırn baş tutması isə heç bir məntiqə sığmır.
Musavat.com
Paylaş: