Xəbər lenti

 

Zahid Rza, Cabir Hacıbəyli və Binyamin Mənsimzadənin qələmə aldıqları "Qarabağlar və qarabağlarlılar" kitabı çapdan çıxdı. Yenicə işıq üzü görən kitabın təqdimatı vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başladı.

Kitabın redaktoru və ön sözün müəllifi Aləm Kəngərli məruzə ilə çıxış edərək 3 il müddətinə yazılıb başa çatan kitabın məziyyətlərindən, orada yer alan tarixi faktlardan, Qarabağların keçmişindən bu günə qədər keçib gəldiyi şərəfli yoldan söhbət açdi. Qeyd olundu ki, müəlliflər çox qədim köklərə malik olan Qarabağların tarixi salnaməsi, o dövrdə baş verən olaylar, kəndin tanınmış insanları barədə sanballı bir kitab ərsəyə gətirməyə nail ola biliblər.

 
Qarabağlar kəndinin yetirmələrindən texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev, Biologiya elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Eldar Novruzov, sənətşünüslıq elmləri doktoru, professor Sabirə Dünyamalıyeva, Əməkdar müəllim, Qabaqcıl maarif xadimi Əzim Hüseynov, kənd ağsaqqalı Mir Əzim Seyidov, Qabaqcıl müəllim Sevil Qulubəyova, şair Adəm Asnı, həmçinin Məmmədəli Abdullayev, Sani Salmanov, Telman Quliyev, Umud Hüseynov çıxış edərək kitabın bugünkü və gələcək əhəmiyyətindən, müəlliflərin önəmli bir işi həyata keçirdiklərindən ağızdolusu danışdılar. Sonda müəlliflər çıxış edərək   tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirdilər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 301          Tarix: 29-01-2019, 00:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma