Xəbər lenti

 

Son günlər havanın kəskin istiləşməsi və quraqlıqla əlaqədar Mərkəzi Aran rayonlarında suvarma suyuna tələbat xeyli artıb. Əkinləri yanma təhlükəsi ilə üzləşən fermerlər hətta gecəni də kanal başında keçirdiklərini deyirlər. Su təminatına məsul idarələr isə əllərində olan suyu bölüşdürməkdə çətinlik çəkdiklərini, əsasən pambıq əkinlərinə yönəltdiklərini etiraf edirlər.

DİA.AZ bildirir ki, İmişli rayonunun Rəsullu kəndində yaşayan fermer Rasim Hüseynov eyni sahədə təkrar əkin aparmağına peşman olduğunu söyləyir: «2 hektar yarım sahədə arpa yetişdirmişdim. Elə də məhsuldarlıq olmadı. Taxılı götürəndən sonra fikirləşdim ki, bu qədər yeri boş saxlamayım. Darı əkmək qərarına gəldim. Yerin əkin üçün hazırlanmağına xeyli xərcim çıxıb. Toxuma 300 manatdan çox pul vermişəm. Səpin apardığım sahəni suvara bilmirəm. Bir neçə gün də su olmasa, çəkdiyim xərc və əziyyət batacaq».

İmişlidə əkinçi dad deyir, icra başçısı isə qeybə çəkilib...
İmişlidə əkinçi dad deyir, icra başçısı isə qeybə çəkilib...

Fermer bildirir ki, yaxınlıqdan keçən kanalda su var. Amma onun üzərindəki şlüzə kilid vurulduğundan, bu kanaldan öz təsərrüfatına su gətirə bilmir: «Bu kilidi açdıra bilmirəm. Prezidentə, Kənd Təsərrüfatı Nazirliyinə də müraciət etmişəm. İcra başçısını isə tuta bilmirik ki, sözümüzü deyək. İmişlinin su idarəsinin rəisi Nizami müəllimə şikayət edəndə o, mənim üstümə qışqıraraq «Darı əkmək üçün kimdən icazə almısan?» deyə sual etdi. Məgər darı yetişdirməyə icazə alınmalıdır? Doğrusu, ilk dəfə əkdiyimdən, darıya digər kənd təsərrüfatı bitkiləri kimi yanaşmışam. Xeyli sayda təsərrüfat rəhbərindən soruşmuşam, darı əkini aparılması üçün xüsusi razılıq alınması barədə heç kəs məlumatlı deyil». 




Ana səhifəyə qayıt        Baxış: 444          Tarix: 22-07-2019, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma