Xəbər lenti

 

 Fransanın Xarici İşlər Nazirliyi İranın Roland Marşal adlı fransız tədqiqatçını həbs etdiyini rəsmən təsdiqləyib.

 

Onun cari ilin iyul ayında digər Fransa vətəndaşı olan araşdırmaçı Fəriba Adilxahla birgə saxlandığı bildirilir.

 

Marşal və Adilxahın əməkdaşı olduqları FİSUPU Assosiasiyası da hər iki alimin həbs edildiyilə bağlı öz veb saytında məlumat dərc edib.

 

Fransa XİN Roland Marşalın həbsini qəbuledilməz adlandırıb və onun dərhal azadlığa buraxılmasını tələb edib.

 

Marşalın iyun ayında Fəriba Adilxahı görmək üçün İrana etdiyi səfər zamanı saxlandığı və onların arasında sevgi münasibətləri olduğu bildirilir. Hələ ki, Roland Marşala qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil.

 

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında Roland Marşala konsul xidməti göstərildiyi və rəsmilərin onun ailəsi ilə təmasda olduğu qeyd edilir.

 

Xatırladaq ki, Fransa- İran vətəndaşlığı olan Fəriba Adilxaha rəsmi Paris konsul xidməti göstərə bilməmişdi. İran ikili vətəndaşlığı tanımır və buna görə də, Fransa tərəfinin tələbini rədd etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 221          Tarix: 17-10-2019, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma