Xəbər lenti

 

GünAz TV: İraqlı etirazçılar Əli Xamneyi və Qasım Süleymaninin fotoları əks olunmuş bannerə hücum ediblər.

İranın ölkələrinə müdaxilələri və burada özünə bağlı yaraqlı qruplaşmalar yaradan İrana qarşı şüarlar səsləndirən etirazçı İraq xalqı Xamneyi və Süleymaninin şəkillərini cırıblar.

 


Bir neçə gün öncə "Associated Press" agentliyində Qasım Süleymaninin xalq etirazlarını repressiyaya uğratmaq üçün İraq rəsmiləri ilə "təcrübələri"ni bölüşdüyü barədə məlumat yaymışdı. Bağdada səfər edən Süleymani İraq rəsmilərinə xitabən bildirmişdi ki, "İranda bu formada etirazların yatırılmasında böyük təcrübə əldə etmişəm və bunu sizinlə paylaşa bilərəm".


Digər tərəfdən, İraqın təhlükəsizlik orqanlarında çalışan rəsmilər müxtəlif media orqanlarına verdikləri müsahibələrdə etirazçı xalqa atəş açan snayperlərin İrana bağlı "Bədr Təşkilatı" və "Həşdəş-Şəbi"nin muzdurları olduğunu bildiriblər.

 




Ana səhifəyə qayıt        Baxış: 642          Tarix: 2-11-2019, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma