Xəbər lenti

  

“Türkiyə ən ciddi qonşumuzdur və bunun müəyyən səbəbləri var”.

Ovqat.com xəbər verir ki, bunu İranın Vatikan və Mərakeşdəki keçmiş səfiri Məhəmməd Məscid Cameyi  deyib.

Keçmiş səfir həmin səbəbləri 6 başlıq altında təsnif edib:

“Birincisi, Türkiyə tamamilə təbii və sözün əsl mənasında bir “ölkədir”.

İkincisi, Türkiyə az-çox Rusiya və Çin, hətta Hindistan və Cənubi Afrika kimi praktiki olaraq çoxtərəfliliyin tərəfdarıdır.

Üçüncüsü, Türkiyə region ölkələri arasında qərarları hazırlamaqda və qərar qəbul etməkdə ən müstəqil ölkələrdən biridir.

Dördüncüsü, İran və Türkiyənin iqtisadiyyatı və sənayesi bir çox sahələrdə bir-birini tamamlayır.

Beşincisi, bu gün Türkiyə, ölkədəki İslam meyllərini nəzərə alaraq, ictimai-dini idarəetmə baxımından bir növ bizə bənzəyir.

Altıncısı, Türkiyə ilə münasibətlərimiz müsəlmanlara və türk dünyasına təsir göstərir”.

 “Khabaronline News” a verdiyi müsahibədə sabiq səfir Rəcəb Tayyib Ərdoğanın İrandakı Azərbaycan türkləri arasında populyarlığından da danışıb: “Türkiyədə Ərdoğanın yerinə tamamilə dünyəvi və ya Bülənt Ecevit kimi radikal dünyəvi bir insan hakimiyyətdə olsaydı və o, eyni zamanda bizim cəmiyyətin bir qismi (Azərbaycan türkləri) üçün elə bu qədər populyar və xarizmatik olsaydı, bu, təbii olaraq müəyyən problemlər yaradardı, bizim siyasi quruluşun və ölkəmizin vurğuladığı İslamiyyətlə ziddiyət təşkil edə və əlbəttə ki, ictimai sabitliyimizə zərər vura bilərdi”.

Sabiq diplomat bütün bunları nəzərə alaraq, Türkiyəylə ehtiyatlı davranmağı məsləhət görür: “Türkiyə ən ciddi qonşumuzdur və siyasi mövqeyimizi bildirərkən ehtiyatlı olmalıyıq. Türkiyə ilə münasibətlərimiz müsəlmanlara və türk dünyasına təsir edir”.




Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 5-11-2019, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma