Xəbər lenti
Dünən, 19:25

 

CIA mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib

ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA) və Almaniyanın Xarici Kəşfiyyat Təşkilatı (BND) İsveçrənin "Crypto AG" şirkətinin 120-dən çox ölkəyə satdığı cihazlar vasitəsilə həmin ölkələrin hökumət adamlarını illərlə dinləyib.

AzNews.az xəbər verir ki, məlumatı “Washington Post” və Almaniyanın ZDF qəzetləri birgə hazırlayıblar. Qəzetlərin istinad mənbəyi isə adı çəkilən təşkilatların (CIA və BND) sənədləri olub.

Xəbərdə həmin şirkətin bu yolla milyonlarla dollar qazanc əldə etməsi “yüz ilin kəşfiyyat zərbəsi” kimi qiymətləndirilib.

Beləliklə, CIA və BND-nin Türkiyə, İran, Pakistan və Hindistan da daxil olmaqla bir çox ölkələrin hökumət adamlarını on illər ərzində bu cihazlarla dinlədiyi üzə çıxıb.

Sözügedən cihazlarla ABŞ-ın 1979-cu ildə İranda baş verən girov böhranında İranı, həmçinin 1986-cı ildə Qərbi Berlində bir diskotekanın bombalanma hadisəsində Liviyanı dinlədiyi qeyd edilib.

Sənəddə CIA ilə BND arasındakı ortaqlığın 1990-cı illərin əvvələrində maddi anlaşılmazlıqlar və ABŞ-ın Almaniya ilə müttəfiq olan bəzi ölkələri dinləmək istəyi üzündən bitdiyi deyilir. Qeyd olunur ki, Almaniya kəşfiyyatı şirkətdən ayrıldıqdan sonra CIA Berlin hökumətinin hissələrini alıb. 2018-ci ildə isə CIA özündə olan hissələri də satıb və bununla şirkət iki hissəyə bölünüb.

Mövzu ilə bağlı "Crypto" şirkəti rəsmi internet səhifəsində açıqlama verib. Həmin açıqlamada CIA və BND ilə heç vaxt əlaqələrinin olmadığını bildirib.

CIA isə mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Pərvanə




Ana səhifəyə qayıt        Baxış: 495          Tarix: 13-02-2020, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma