Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 16:27
Bu gün, 16:00
Bu gün, 13:44
Bu gün, 11:43
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
Bakının Qaradağ rayonundakı Qobustan qəsəbəsində yaşayan Milli Qəhrəman atası Əliyev Əliyusif kişi haqqında eşitmişdim. Xeyirxah əməllərindən, qəsəbənin hər hansı probleminə biganə qalmamağından, davranışı ilə çoxlarına örnək olmağından, yaşıllığa, təmizliyə olan vurğunluğundan… danışmışdılar.
Bu günlərdə yolum adı çəkilən qəsəbəyə düşdü. İş yoldaşım, təcrübəli mütəxəssis Emin Abbasovla birgə getmişdik. Fürsətdən yararlanmaq və bu böyük kişi ilə görüşmək istədim. Yoldaşlar məni qəsəbənin içərisindən keçən magistral yolun kənarında yerləşən bir çay evinə apardılar. Bura öz təmizliyi, səliqə-səhmanı və yaşıllığı ilə digər yerlərdən xeyli fərqlənirdi. Yerli tanışlar məlumat verdi ki, bütün bu təmizliyi və yaşıllığı Əliyusif kişi öz əllləri ilə yaradıb. Bir azdan Milli Qəhrəmanımızın atası oturduğumuz masaya yanaşır. Ayağa qalxıb görüşürük, tanış oluruq. 60 ildən artıqdır, Qobustan qəsəbəsində yaşayır. Uzun illər neft sənayesində çalışıb. Hazırda 85 yaşı olan bu nurlu ağsaqqal hələ də çalışmaqdan, el-obası üçün faydalı olmaqdan, xeyirxahlıqdan yorulmur. Əslən Ağsu rayonunun Rəhimli kəndindəndir. Şirvan mahalını ovcunun içi kimi tanıyır. Onunla söhbət etmək, daha doğrusu çox maraqlı söhbətlərini dinləmək insanın ruhunu dincəldir, gələcəyə boylanmaq üçün yoluna işıq salır. Bütün şəhidlərimizi öz övladı sayır. Əyləşdiyimiz yerin həyətində şəxsi vəsaiti hesabına “Şəhidlər muzeyi” yaradıb. Bizi də bu muzeylə tanış olmağa dəvət edir. Muzeyə daxil oluruq. Ötən əsrin 90-cı illərinin əvvəllərində yurdumuzun ərazi bütünlüyü uğrunda canını fəda edən ilk şəhidlərimizdən tutmuş, 2016-cı il aprel döyüşlərində qəhrəmancasına həlak olan gənclərimizə qədər heç kim unudulmayıb bu muzeydə. Hər kəsin şəkli və haqqında bilgi yerləşdirilib. Oğlu Əliyev Yusif Əliyusif oğlunun şəkli isə “İlk Milli Qəhrəmanlarımız” bölümündədir.
Kimdir Yusif Əliyusif oğlu Əliyev?
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirib. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində keçib. Hərbi xidmətdən qayıtdıqdan az sonra - 1990-cı ilin avqustunda doğma yurdu Azərbaycanda polis sıralarına qəbul olunan Yusif Əliyev əmrini post-patrul xidməti alayının 3-cü rotasına almışdı. Bu, azğın erməni təcavüzkarlarının Azərbaycan ərazilərinə ardıcıl hücumlarının tüğyan etdiyi vaxtlar idi. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüşə qatılıb. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq yolları kəsir, tez-tez basqınlar edirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçir. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışmaqla yanaşı, planlı şəkildə düşməni yaxına buraxır, müxtəlif istiqamətlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı qurtarmaq üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan, dəstənin cəsarətli həmləsindən çaş-baş qalan ermənilər pərən-pərən düşdülər... 1991-ci il sentyabrın ortalarında Yusif Əliyevin son döyüşü oldu. Belə ki, düşmən yenidən böyük qüvvə ilə Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstəyə xəbər gəldi ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa nail oldu. Lakin bu, onun həyatı bahasına başa gəldi...
Artıq o vaxtdan 30 ilə yaxın vaxt keçir. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Qaradağ rayonunda yerləşən 195 saylı tam orta məktəb Milli Qəhrəman Yusif Əliyevin adını daşıyır. Ağsu rayonunun Rəhimli kəndində büstü ucaldılıb...
Milli Qəhrəmanın atası Əliyusif kişi qəhrəman oğlunun uşaqlığından, idmana olan həvəsindən və musiqiyə olan sevgisindən danışır. Tarda ifa etməyi bacarırmış. Yusif Əliyevin bir vaxtlar ifa etdiyi tar “Şəhidlər muzeyi”ndə qorunub-saxlanır. Əliyusif kişi ilə söhbətimiz xeyli çəkir. Danışacaq mövzumuz bitməsə də vaxtımız azdır, qayıtmalıyıq. Sağollaşırıq. Ayrılanda görüşümüz haqqında yazacam – deyirəm. Sevinir, “Gözləyəcəm, mənə də xəbər edərsiz”- deyir.
Yenidən görüşmək arzusu və ümidi ilə sağollaşırıq.
Namiq Hacıheydərli,
şair

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər