Xəbər lenti

Belarus prezidenti yerli jurnalistləri az qala qudurğanlıqda suçlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko “Belteleradioşirkət”in “mitinq eləyən” əməkdaşlarının yerinə Rusiyadan jurnalistlər dəvət etdiyini bildirib.

“Heç bir yer müqəddəs deyil. Rusiyada bizim “qastarbayter” adlanan (tətil edən işçilərin yerinə çalışanlar-red.) 60 min vətəndaşımız işləyir. Onlar müxtəlif vəzifələrdə, hətta siyasətdə belə yer alıblar. Rusiyalılar buna görə bizə heç bir irad bildirmirlər”,-deyə “BelTA” agentliyi Aleksandr Lukaşenkonun “Dzerjinski” aqrokombinatının işçiləri ilə görüşündən sitat gətirib.

Onun sözlərinə görə Rusiya jurnlalistlərin gətirilməsi məsələsi yerli jurnalistlərin “küçəyə çıxıb mitinqə qoşulmasından” sonra ortaya çıxıb. “Onların bir çoxu televiziyada böyüyüb. Bəzilərinə mən kömək etmişəm. Birdən-birə böyüdükdən sonra anladıqlar ki, nələrisə çatmır. Özlərindən hoqqa çıxarıb işləməyəcəklərini dedilər. Heç işləməyin!”,-deyə A.Lukaşenko bildirib.

Qeyd etmək lazımdır ki, bu ilin avqust ayının 17-də Belarus dövlət televiziya şirkətinin əməkdaşları Minskin “Makaenka” küçəsində yerləşən əsas ofislərindən çıxıb tətil etdiklərini açıqlayıblar. Şirkət rəhbəri İvan Eysmonta göndərdikləri məktubda onlar ölkədə siyasi dəyişikliklərin həyata keçirilməsi, Mərkəzi Seçki Komissiyasının dəyişirilməsini, mətbuatda senzuranın götürülməsini, siyasi dustaqların azad olunmasını tələb ediblər. Dövlətin əsas kanalının jurnalistlərindən başqa “ONT” və “STV” kanallarının əməkdaşları da həmkarlarına qoşulublar.

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 783          Tarix: 22-08-2020, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma