Xəbər lenti

 
18 ABŞ F-16-sı Polşa aerodromlarından Belarus sərhədlərinə uçmağa hazırlaşır. Onların məqsədi Prezident Lukaşenkonu devirmək üçün hərbi əməliyyat keçirməkdir.
 
Ovqat.com xəbər verir ki, Belarusun Müdafiə naziri Viktor Xrenin dövlət başçısı Lukaşenkonun iştirakı ilə keçirilən müşavirədə belə deyib.
 
Nazirin məruzəsi "Belarus-1"telekanalıyla translasiya edilib.
 
Viktor Xrenin bildirib ki, ölkənin qərb vilayətlərinin əhalisi "yaxın qonşulardan birinin etnik və mədəni mənsubiyyətindən" bəhs edən separatçı təbliğatına məruz qaldığından mürəkkəb vəziyyət yarana bilər.
 
Onun sözlərinə görə, “Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan destruktiv qüvvələr qərb sərhədindən keçərək "Belarusiyaya" daxil ola bilərlər. Eyni zamanda, Qərbin "öz xalqının soyqırımı" anlayışı ilə hərəkətə keçəcəyi və hərbi müdaxiləyə əl atacağı barədə məlumatlar var.
 
İlk növbədə, dövlət sərhədimizin bilavasitə yaxınlığında yerləşən yüksək hazırlıqlı hissələrin və bölmələrin tətbiqi ilə Belarusa hücum gözlənilir”,-deyən Xrenin qeyd edib ki, hava dəstəyi üçün təcavüzkarlar bu yaxınlarda Almaniyadan Polşadakı Lask aviabazasına köçürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin 18 F-16 qırıcısından istifadə edə bilərlər: “Həmin aviabazadan Belarus dövlət sərhəddinə uçuş müddəti təxminən 22 dəqiqədir”.
 
Nazirin sözlərinə görə, Belarus ordusu təcavüzkara qarşı dərhal reaksiya verəcək və operativ hərbi qüvvələrindən istifadə edəcək.


Ana səhifəyə qayıt        Baxış: 3 401          Tarix: 23-08-2020, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma