Xəbər lenti


“Biz artıq münaqişənin alovlanmasının mülki şəxslərə təsir edən dəhşətli nəticələrini görürük. Komitəmiz şərait imkan verən kimi ehtiyac olan sahələrdə öz köməyini göstərməyə hazırdır. Buraya icmalarda işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli şöbələrinə dəstək göstərilməsi də daxildir”

Muavat.com-un məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə sub-nümayəndəliyinin başçısı Gerardo Moloeznik deyib.
O bildirib ki, ki, BQXK, ailələri ilə birlikdə təhlükəsiz əraziyə keçməyə çalışan insanlar barədə məlumatlar alır: “Aralarında körpələr və azyaşlı uşaqlar da olan bir çox ailələr, münaqişənin təsirinə məruz qalmamaq üçün gecə-gündüz yaşadıqları binaların isitmə sistemi olmayan zirzəmilərinə sığınmaq məcburiyyətində qalırlar.

Həmçinin, ağır artilleriyanın dağıtdığı yüzlərlə evlər, eləcə də məktəb və xəstəxanalar kimi mülki infrastruktur barədə məlumat verilir. Zədələnmiş binalar insanların partlamamış sursatlar təhlükəsi ilə üz-üzə qalmasına da səbəb olur.

Bütün bu sarsıntılar qış gəlməsinə az qalmış bir vaxtda, uşaqların cəmi bir neçə həftə bundan əvvəl dərslərə başladığı və insanların özlərini və ailələrini koronavirus pandemiyası təhlükəsindən qorumağa çalışdığı zamanda baş verir”.



Ana səhifəyə qayıt        Baxış: 2 521          Tarix: 3-10-2020, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma