Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Ermənistanla Azərbaycan arasında çərşənbə axşamına keçən gecə Rusiyanın vasitəçiliyilə imzalanmış saziş 6 həftəlik ölümcül döyüşlərdən sonra Azərbaycanın hərbi qələbəsini təsdiqləyir. Bu qərar Ermənistanda, xüsusən də Yerevanda minlərlə insanın hiddətinə səbəb olub və onlar küçələrə axışıblar.
Dağlıq Qarabağda hərbi əməliyyatlar sona çatır. Azərbaycanla Ermənistan çərşənbə axşamına keçən gecə Rusiyanın vasitəçiliyilə atəşkəs razılaşması imzalayıblar. Bu sənəd 6 həftəlik ölümcül döyüşlərdən sonra Azərbaycanın hərbi qələbəsini təsdiq edib.
Dağlıq Qarabağda erməni separatçıları ilə Azərbaycan Ordusu arasında son 30 ilin ən qanlı döyüşləri sentyabrın sonunda başlamışdı. Razılaşma Azərbaycan Silahlı Qüvvələrinin separatçıların “paytaxtı” (dırnaq işarəsi bizə aiddir - WM) sayılan Stepanakertin (Xankəndi - WM) 15 kilometriliyndə yerləşən, strateji əhəmiyyətə malik Şuşa şəhərini ələ keçirməsindən sonra imzalanıb. Separatçı rejimin məhz Şuşanı itirməsi müharibənin dönüş nöqtəsi hesab edilir.
Ermənistan üçün ağrılı qərar
Rusiya Prezidenti Vladimir Putinin bəyanatında deyilir ki, razılaşmaya əsasən, münaqişə tərəfləri hazırda olduqları mövqedə qalacaq. Eyni zamanda, bəyanatın mətninə uyğun olaraq, bölgəyə 2000-ə yaxın Rusiya sülhməramlısı və 90 zirehli texnikası yerləşdiriləcək. Bundan sonra Azərbaycan hələ də nəzarətində olmayan bir neçə rayona da nəzarəti bərpa edəcək. Bundan başqa, bu əraziləri Ermənistanla birləşdirən, hələ də separatçıların nəzarəti altında olan dəhliz də geri qaytarılacaq.
Vladimir Putin hesab edir ki, bu razılaşma münaqişənin davamlı həlli üçün zəruri şəraitin yaranması ilə nəticələnə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev isə Ermənistanın “kapitulyasiya”sını alqışlayıb. “Mən demişdim ki, onları (erməniləri) iti qovan kimi qovacağıq və qovduq”, - deyə o, bildirib. İlham Əliyev Ermənistan baş nazirini bəyanatı kameralar qarşısında imzalamadığı üçün “qorxaq” adlandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində etiraf edib ki, “bu qərar həm mənim, həm də xalqım üçün inanılmaz dərəcədə ağrılı qərardır”.
Qərar həqiqətən də Ermənistanda xalqın qəzəbinə səbəb olub. Bəyanatın açıqlanmasından dərhal sonra Yerevanda minlərlə qəzəbli nümayişçi hökumət binasının ətrafına toplaşıb, yüz nəfərə yaxın insan binaya daxil olub, şüşələri sındırıb, otaqları dağıdıb. Eyni taleni parlament binası da yaşayıb.
Beləliklə, Azərbaycan 1990-cı illərin əvvəllərində başlamış və 30 min insanın ölümünə səbəb olmuş müharibə nəticəsində özünü de-fakto “müstəqil” elan etmiş Dağlıq Qarabağa nəzarəti yenidən ələ almaq niyyətindədir. Bu gün əsasən ermənilərin yaşadığı bu ərazi Sovet İttifaqı dövründə Azərbaycanın tərkib hissəsi olub. Lakin tarixin müxtəlif dövrlərində hər iki tərəf onu öz ərazisi sayıb.
Sentyabrın 27-də başlamış son döyüşlərdı azı 1300 nəfər həlak olub. Amma bu, nisbi rəqəmdir. Azərbaycan hələ də öz hərbi itkilərini açıqlamayıb.
Rusiya və digər güc mərkəzləri bir neçə həftə idi ki, münaqişə tərəfləri arasında atəşkəs əldə etməyə çalışırdılar. Lakin indiyədək elan edilmiş 3 atəşkəs razılaşması uğursuz olmuş, hər dəfə elan edilən humanitar atəşkəs qısa müddət sonra pozulmuşdu.
WorldMedia.Az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar