Xəbər lenti

 
ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo bu gün Türkiyəyə gəlib.
 
Ovqat.com Türk mediasına istinadən xəbər verir ki, Pompeonun “kritik” görüşlər keçirməsi gözlənilir.
 
Dövlət katibi də səfərindən əvvəl mediaya verdiyi açıqlamasında Yaxın Şərq ölkələrinə səfərə çıxdığını və bölgə dövlətləriylə bir çox məsələləri müzakirə edəcəklərini bildirsə də, konkret hansı mövzular üzərində dayanacaqlarına aydınlıq gətirmişdi.
 
Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün ölkə parlamentinə Azərbaycana əsgər göndərmək barədə qərar layihəsi göndərmişdi. Təzkirənin qəbul olunacağı şübhə doğurmur. Mümkündür ki, Pompeonun Ankarada müzakirəyə çıxaracağı mövzular arasında  bu məsələ də yer alır.
 
Pompeo son prezident seçkilərini uduzmuş Tramp hakimiyyətinin dövlət katibidir. Bir neçə aydan sonra ABŞ-da hakimiyyət dəyişiklikləri baş verəcəyindən adətən belə zamanlarda rəsmi Vaşinqtonun nümayəndələri xarici səfərlərdə dişsiz aslan yerinə qoyulurlar. Dolayısıyla tövsiyələrinə qulaq asılıb yola salınırlar. Bir növ, vida səfəri kimi. Görünür, bu səbəbdən də ABŞ dövlət katibinin son səfəri dünya ictimai rəyində o qədər də diqqət çəkmir.


Ana səhifəyə qayıt        Baxış: 4 847          Tarix: 16-11-2020, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma