Xəbər lenti


Çində Dunin şəhərinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Şəhər ərazisində həmçinin, ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin idarə edilməsi də qadağandır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib.



Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 12-12-2020, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma