Xəbər lenti

 

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərinə giriş və çıxış məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, şəhərdə hava limanı və qatarlar, metro, gəmi və digər uzaq məsafəyə səfər edən nəqliyyat vasitələrinin hərəkəti bir günlük dayandırılıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb.

Məlumat üçün bildirək ki, ötən gün sözügedən şəhərə giriş-çıxışın məhdudlaşdırılması haqda çağırış edilmişdi




Ana səhifəyə qayıt        Baxış: 571          Tarix: 23-01-2020, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma