Xəbər lenti

 

"İran, “İnqilab keşikçiləri” vasitəsilə Suriya torpaqlarında hava və dəniz bazaları inşa etməyə, şiə könüllülərindən ibarət hərbi gücü ilə Livanda müasir silahlar istehsal etməyə çalışır”.

Ovqat.com xəbər verir ki, bu iddiaları İsrail müdafiə naziri Aviqdor Liberman irəli sürüb.

İsrailin dövlət radiosunun xəbərinə görə, Müdafiə naziri Tel-əvivdə dövlət məmurlarının qatıldığı toplantıda çıxışı zamanı “İranın Suriya və Livanda meydana gətirməyə çalışdığı bu yeni status-kvo ilə barışmayacaqlarını və yaxın coğrafiyada güclənməsinə icazə verməyəcəklərini” bildirib.  

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu da iki gün əvvəl Rusiya ziyarətində İranla əlaqədar öz “qorxularını” dilə gətirmişdi. O, Rusiya Prezidenti Vladimir Putinlə Soçi şəhərində keçirdiyi görüşdə "İranın Suriyada güclənməsini” tənqid edərək, demişdi: "İran Suriyadakı varlığını artırmaq üçün böyük bir səylər göstərir. Bu vəziyyət İsrail, Orta Şərq və bütün dünya üçün bir təhdiddir”.

Libermanın açıqlamalarının həmin etirafın ardınca gəlməsi düşündürcüdür.

İsrailin niyə bu qədər narahat olmasının səbəbini aşağıdakı linkdən oxuya bilərsiniz:

http://ovqat.com/manset/8226-d-dn-hizbullaha-goruk-mesaj-qarabayraqllar-niy-a-bayraq-qaldrdlar.html




Ana səhifəyə qayıt        Baxış: 1 214          Tarix: 27-08-2017, 07:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma