Xəbər lenti

  

Ruslardan qalma inancımıza görə, son hərfi “r”-lə bitən aylar balıq mövsümünə aiddir. Məhz bu aylarda balıq yeməyin həm cana, həm də balıqların artımına faydalı olduğuna inanılır.

Biz də bu inanca şübhə etmirik. Fəqət balıq həvəskarlarına zəruri bir məsləhətimiz var: könlünüzdən balıq keçəndə onu ya qırmaqla, ya da torla tutun. İstəsəniz, lap dükandan da ala bilərsiniz. Amma nəbadə, birdən ağlınızdan Robinzon Kruzoluq etmək – suya kəllə vuraraq balıq tutmaq sevdası keçər. Əks halda, perulu Alejandra Ramoz Martines kimi qəribə bir xəstəliyə tutula bilərsiniz.

Ovqat.com xəbər verir ki, Peruda yaşayan Alejandro Ramos Martines balıq tutmaq üçün dənizə dalır. Çölə çıxanda isə heç özü də özünü tanımır. Binəva Martines anidən nadir bir xəstəliyə tutulur.

Adı açıqlanmayan bu xəstəlik növündə bədənin müəyyən hissəsinə azot dolur və bu azot bədən üzvlərini hədsiz dərəcədə şişirdir. Məlumata görə, Martinesin qanına hava dolub və hava onun üst ətrafını xeyli şişirdib. Həkimlərin xeyli müdaxiləsinə baxmayaraq, Martinesin havasını çıxarmaq mümkün olmayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 3 623          Tarix: 7-09-2017, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma